Amerikalı zənginlər koronavirus fonunda yüz milyardlarla dollar qazanc əldə ediblər

posted in: Xəbər | 0
birbank biznes

Amerikalı zənginlər koronovirus pandemiyası fonunda yüz milyardlarla dollar qazanc əldə ediblər. Bu haqda CNBC məlumat verib. Onların məcmu sərvəti 434 milyard dollar artıb.

Mart ayının ortalarından, mayın ortalarına kimi, cəmi iki ay ərzində hamıdan daha çox milyarderlər reytinqinin lideri, Amazon internet-platformasının yaradıcısı Jeff Bezos və Facebook sosial şəbəkəsnin sahibi Mark Zuckerberg varlanıblar. Onların sərvəti müvafiq olaraq – 150 87,3 milyard dollara kimi yüksəlib.

Ümumilikdə isə tətbiq edilən ümumi məhdudiyyətlər səbəbindən bir çox prosesləri onlayna keçirməyə məcbur olan texnoloji şirkətlərin yaradıcıları və sahibləri ən böyük nailiyyətlərə və uğurlara nail ola biliblər.

ABŞ-ın 600 zəngin sakinlərinin ümumi sərvəti son iki ay ərzində 15% artaraq, 2,9 trilyon dollardan, 3,3 trilyon dollara kimi yüksəlib.

Faiz nisbətində ən çox varlanmış sakinlər sırasında Tesla şirkətinin yaradıcısı və rəhbəri Elon Musk (onun sərvəti 48 faiz artaraq, 36 milyard dollara yüksəlib), Mark Zuckerberg (varidatı 46% artıb, 80 milyard dolları ötüb keçib)Jeff Bezos (31 faiz artım, sərvəti 147 milyard dollara çatıb) liderlik edirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email