Koronavirus pandemiyasının gözlənilməz təsiri

posted in: Xəbər | 0

Koronavirus pandemiyasının gözlənilməz təsiri

Alimlər 2020-ci ildə baş verən koronavirus pandemiyasının gözlənilməz təsirini qeyd ediblər. İnfeksiyanın yayılması ətraf mühitin qorunması məqsədini pozaraq birdəfəlik istifadə olunan plastik istehlakının kəskin artmasına səbəb olub. Bu barədə Science jurnalı yazıb.

Tədqiqatçıların sözlərinə görə, 2040-cı ilə qədər dünya okeanına atılan plastik kütlənin həcmi üç dəfə arta bilər və pandemiya vəziyyəti daha da ağırlaşdırır. Alimlər iqtisadi modelin köməyi ilə plastik kütləsinin dövriyyəsini qiymətləndirərək, böhrandan çıxmaq üçün plan işləyib hazırladılar.

Mütəxəssislər belə qənaətə gəliblər ki, plastik tullantılarının həcmi 80 faiz azaldıla bilər. Amma bundan ötrü ilk növbədə ilkin plastik kütlənin istehsalını azaltmaq lazımdır. İkinci addım kimi bütün dünyada tullantıların yığımı sisteminin təkmilləşdirilməsi və utilizasiyası asan olan plastik məhsulların işlənib hazırlanmasına investisiyalar yatırılması olardı. “Lakin biz plastik kütlənin yığımını və emalını kəskin şəkildə artıra bilsək belə, ilkin plastik istehsalını 2020-ci il səviyyəsində dondurmasaq, qarşıya qoyulan məqsədlərə hələ də nail ola bilməyəcəyik”, – deyə, mütəxəssislər qeyd ediblər.

Dəniz iqtisadiyyatının öyrənilməsi ilə məşğul olan alimlər bundan əvvəl dənizlərə yatırılan investisiyaları ən perspktivli sərmayələr adlandırmışdılar. Onların sözlərinə görə, dənizdə külək enerjisi qurğularının inşasına və təbii, zülallarla zəngin ərzaq məhsullarının əldə olunmasından ötrü okeanların mənimsənilməsinə yönələn sərmayələr çox faydalı və xeyirli ola bilər.


Bax: “Zənginliyə can atmaq bəşəriyyətin başlıca təhlükəsidir”


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *