Kapital Bank koronavirusla mübarizəyə yarım milyon manat ayırdı

posted in: bank, Xəbər | 0
birbank biznes

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirus’la (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. Bank, fondun hesabına virusla mübarizə məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi Kapital Bank da müəyyən məbləği, qeyd olunan hesaba köçürtməyi özünə borc bildi.

Qeyd edək ki, Kapital Bank Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlara güzəştlər etmək çağırışına qoşulub. Virusun yaratdığı çətinlikləri nəzərə alaraq, sahibkarlara müxtəlif bank əməliyyatlarına güzəştlər tətbiq edilib. Artıq sahibkarlar Müştəri Bank vasitəsilə xarici ölkələrə olan köçürmələrini endirimli komissiyalarla icra edə bilirlər. Həmçinin də biznes kreditlərini tam komisiyyasız rəsmiləşdirilir.

Bundan başqa müştərilər BirBank mobil tətbiqi vasitəsilə evdən çıxmadan əksər bank xidmətlərini, həmçinin ödəniş və köçürmələrini öz smartfonları vasitəsilə həyata keçirə bilirlər. Həm BirBank, həm də Müştəri Bank 24/7 rejimində, fasiləsiz olaraq istifadəçilərin ixtiyarındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank, koronavirus
Print Friendly, PDF & Email