fbpx

Mühasibat kargüzarlığı kursları

posted in: muhasibat, Xəbər | 0

Mühasibat kargüzarlığı kursları

Əksər hallarda mühasib köməkçisi, kiçik mühasib və hətta mühasib vakasiyalarında əsasən bu tələblərə rast gəlirik:

  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
  • Hesab fakturaların hazırlanması;
  • Təhvil-təslim aktlarının hazırlanması;
  • Əmək Müqavilələrinin bağlanılması və Portalda qeydiyyatı;
  • E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək;
  • Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
  • ƏDV depozit ödənişləri;
  • Statistik hesabatların göndərilməsi;
  • BTP-dən istifadə;
  • Vahid rüblük hesabatların göndərilməsi;
  • Vergi hesabatlarının hazırlanması;
  • Əmək haqqı hesablanması;
  • Kassa əməliyyatları və s.

Əslində bu texniki işləri öyrənmək bir o qədər də çətin deyil. Bütün bunları nəzərə alaraq sırf mühasibatın gündəlik texniki işlərini praktiki tərəfdən öyrədəcək 24 saatlıq Mühasibat kargüzarlığı kurslarımıza qoşulmağa tələsin.

Həftə sonu qrupu üçün dərslər həftədə 1 dəfə, hər dərs 4 saat olmaqla keçirilir. (2 saat dərsdən sonra 15 dəqiqə fasilə ilə).

Həftə içi qrupu üçün isə həftədə 2 dəfə, hər dərs 2 saat olmaqla keçirilir.

Kursun 1 aylıq qiyməti 133 manat olmaqla, tam qiyməti 200 manatdır. Bir çox köməkçi fayl və cədvəllər iştirakçılara təqdim ediləcək. Kursu bitirdikən sonra çalışan şəxslər iş zamanı yaranmış  problemlərlə bağlı 3 ay ərzində müəllimdən konsultasiya ala biləcəklər.

Əlavə suallarınıza cavabı linkdən qeydiyyatdan keçdikdən sonra sizinlə əlaqə saxlayan şəxsdən tam öyrənə bilərsiniz. Uğurlar!!!

Mühasibat kargüzarlığı kursu üçün qeydiyyat linki: https://form.cubics.pro/form


Proqram aşağıdakı kimidir:
Mühasibat kargüzarlığı
Dərs 1:
İlkin Sənədlərlə tanışlıq, şirkət qeydiyyatı, hüquqi sənədlərin hazırlanması və alınması
  • Asan İmza nədir? Üstünlükləri, haradan, necə əldə etməli? İstifadə qaydaları
  • Elektron İmza nədir? Üstünlükləri, haradan, necə əldə etməli? İstifadə qaydaları
  • Şirkətə veriləcək adın mövcud olub-olmadığını necə öyrənməli?
  • Asan İmza ilə şirkət yaratmaq (Hüquqi şəxsin elektron qeydiyyatı)
  • Fiziki şəxsin elektron qeydiyyatı
  • Şəxsiyyət vəsiqəsi ilə qeydiyyat
  • Xarici şirkətin Azərbaycan Respublikasında filialının (nümayəndəliyini) açılması
  • Sürətli qeydiyyat ərizəsi nədir? (Doldurulması qaydası)
  • Adi qeydiyyat ərizəsi nədir? (Doldurulması qaydası)
  • Elektron imza olmadan adi qeydiyyat ərizəsi nədir? (Doldurulması qaydası)
  • Şirkət yaratdıqdan sonrakı vacib işlər nələrdir?
  • Təsisçi qərarı və digər hüquqi sənədlər
  • E-taxes.gov.az saytında giriş üçün login-parol-şifrə necə alınmalı?
  • Onlayn statistika hesabatı vermək üçün login-şifrə necə alınmalı?
  • Etibarnamə necə hazırlanmalı?
Dərs 2:
Hesablaşmalar-Bank əməliyyatları
  • Bank hesablarının açılması / Tələb olunan sənədlər
  • Şəhadətnamə dublikatın göndərilməsi qaydası
  • Mövcud bank hesablarından istifadə qaydaları / Bank əməliyyatları
  • Ödəniş tapşırıqlarının hazırlanması
  • Ödəniş tapşırıqlarının avtomatlaşdırılması
  • Büdcə ödənişləri / Büdcə rekvizitləri, təsnifat kodları və səviyyə kodları
  • İnternet bankinqdən istifadə
  • Konvertasiya
  • Valyuta əməliyyatları
  • Xarici və yerli şirkətlərə ödənişlər
  • Kassa çeki / Pul vəsaitinin nağdlaşdırılması
Dərs 3:
Hesablaşmalar-Kassa əməliyyatları
  • Kassa əməliyyatları / Mədaxil və məxariclər
  • Təhtəlhesab şəxs
  • Kmo-lar, məxaric qəbzləri nədir? / Doldurulma qaydası
  • Xəzinə kitabı və onun yazılması
Dərs 4:
Hesablaşmalar – Alış və satışlar, ilkin sənədlərin hazırlanması, E-qaimə.
  • Müqavilələrin hazırlanması
  • Hesab fakturaların hazırlanması
  • E-Qaimələrin hazırlanıb göndərilməsi
  • Hesab fakturaların avtomatlaşdırılması
  • Təhvil-Təslim aktları və avtomatlaşdırılması
  • YGB / Mal kodunun alınması
  • YGB / İdxal və İxrac sənədlərinin hökümət portalından yüklənməsi
Dərs 5:
Kadr işlərinin görülməsi, qeydiyyatı, müavinətlərin hesablanması.
  • İşçilərin işə qəbulu / Direktorun əmri
  • İşçilərin qeydiyyatı, dəyişiklik və xitam
  • Müqavilələrin hazırlanması
  • SNN kartların sifarişi
  • Əmək kitabçalarının doldurulması qaydası
  • Hamiləliyə və doğuma görə müavinətin hesablanması qaydası
  • Uşağın anadan olmasına görə birdəfəlik müavinətin hesablanması qaydası
  • Uşağa qulluğa görə müavinətin hesablanması qaydası
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması qaydası
  • Əmək haqqı hesablanma qaydaları
  • Müavinətlər və onların hesablanması
  • Məzuniyyət və onların hesablanmaslı
  • Təhtəl hesab şəxslər-Ezamiyyətin hesablanması
Dərs 6:
Hesablaşmalar-ƏDV depozit və E-VHF
  • MDSS Hesabatları
  • İşsizlikdən sigorta hesabatı
  • SUN nömrənin öyrənilməsi
  • DSMF ödənişləri / rekvizitlər / təsnifat kodları
Dərs 7:
Bəyannamələrin hazırlanması-Vergi
  • Vergi bəyannamələri barədə anlayışlar
  • Sadələşdirilmiş vergi bəyannaməsi
  • Muzdlu işlə əlaqədar Ödəmə mənbəyindən vergi bəyannaməsi (MÖVM)
  • Ödəmə mənbəyindən vergi bəyannaməsi (ÖMV)
Dərs 8:
Bəyannamələrin hazırlanması-Vergi
  • ƏDV cədvəlinin qurulması
  • Əlavə Dəyər Vergisi depozit hesabı
  • ƏDV Depozit hesabından istifadə qaydaları, Digər vergi ödəyicilərinə və Gömrük ödəmələri
  • ƏDV Bəyannaməsi
Dərs 9:
Bəyannamələrin hazırlanması-Vergi
  • Əmlak vergisi bəyannaməsi
  • Torpaq vergisi bəyannaməsi
Dərs 10:
Bəyannamələrin hazırlanması-DSMF
  • Mənfəət bəyannaməsi
  • Mənfəət vergisinin bəyannaməsi (Əlavə 1)
Dərs 11:
Bəyannamələrin hazırlanması-Statistika və Məşgulluq hesabatı
  • Statistik kodun alınması proseduru, onlayn qeydiyyatı
  • Statistika hesabatlarının verilməsi (Əmək)
  • Statistika hesabatlarının verilməsi (Xidmət)
  • Məşgulluq hesabatlarının verilməsi (Fiziki və onlayn formada)
Dərs 12:
Yekun və Yoxlamalara hazırlıq
  • Ümumi Kargüzarlıq necə olmalıdır?
  • Kameral məktublara necə cavab verməliyik?
  • Hansı hal üçün cərimələr nə qədərdir?
  • Mühasibin işi üçün rahat sistemi necə qura bilərik?

Faylı yükləməklə proqramı əldə edə bilərsiniz: Proqram (103 downloads)


Qeyd: Ötən qruplarımızda keçirilən anonim məmnuniyyət sorğusunun orta nəticəsi 10 baldan 9.5 bal olmuşdur.


Ünvan: Caspian Plaza.


 

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!