Kvota üzrə iş yerləri ilə təminat sahəsinə elektron nəzarət sistemi qurulacaq

posted in: Xəbər | 0

KvotaKvota üzrə iş yerləri ilə təminat sahəsinə elektron nəzarət sistemi qurulacaq.

Müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin ayrılmasına, həmin şəxslərin kvota üzrə işlə təmin edilmələrinə elektron nəzarət sistemi qurulacaq.

Bax: Ezamiyyə zamanı orta əmək haqqının saxlanması ilə bağlı VN-nin cavabı

Sistemin qurulması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq xidmətlərinin elektron infrastrukturunun yaradılması çərçivəsində həllini tapacaq. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində gələn ilin əvvəllərində hazır olması nəzərdə tutulan məşğulluq altsistemi Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində işləyəcək. İşəgötürənlərin elektron sistemə təqdim etdikləri məlumatlar əsasında müvafiq müəssisələrdə işçilərin və ştatların sayı, qanunvericilik əsasında işçi sayına uyğun kvotaların ayrılması vəziyyəti operativ şəkildə müəyyən olunacaq. Bu da həmin sahədə müəssisələrdə yol verilən nöqsan və çatışmazlıqları aşkar etməyə imkan verəcək.

Bax: Sahibkarlara dövlət qurumlarından onlayn rejimdə şikayət etmək imkanı yaradılacaq

Xatırladaq ki, 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyalarına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

Qanunvericiliyə əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri həmin insanlar üçün müəyyən edilməlidir.

Mənbə: www.mlspp.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *