Ləğvetmə zamanı təsisçiyə qalan əmlaka görə hansı vergilər yaranır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: MMC-nin balansında qalıq dəyəri 70.000 azn olan əsas vəsait, bina vardır. Təsisçi tərəfindən müəssisənin ləğvi barədə qərar verilmişdir, bu halda əsas vəsait təsisçinin adına keçəcəkdir. Bu halda hər hansı vergitutma yaranırmı?

Cavab: Bildiririk ki, hüquqi şəxsin ləğvi zamanı təsisçinin təsis payı kimi qoyduğu məbləğdən artıq götürdüyü məbləğ Vergi Məcəlləsi ilə müəyyən olunmuş dərəcələrlə vergiyə cəlb edilir. Müəssisə qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edildiyi halda onun iştirakçılarının kreditorlar ilə hesablaşmalardan sonra əmlakın qalan hissəsini və ya onun dəyərini almaq hüququ olduğundan müəssisə tərəfindən təsisçiyə nizamnamə kapitalında olan mayasına uyğun əmlak verilməsi müvafiq olaraq 01.01.2016-cı il tarixədək ƏDV və mənfəət vergisinin, 01.01.2016-cı il tarixdən etibarən isə Vergi Məcəlləsinin 219.3-1-ci maddəsi üzrə sadələşdirilmiş verginin vergitutma obyektini yaratmır. Xalis aktivlərin bazar dəyəri ilə payların nominal dəyəri arasındakı fərq təsisçilərin gəlirinə aid olduğundan alınmış əmlak hissəsinin bazar dəyəri ilə iştirak payının nominal dəyəri arasındakı müsbət fərq təsisçi hüquqi və fiziki şəxslər üçün mənfəət (gəlir) vergisinin vergitutma obyekti olmaqla müəyyən olunmuş dərəcələrlə vergiyə cəlb edilir.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu, 13.2.12-ci, 13.2.15-ci, 96.1-ci, 99.3.8-ci, 101.2-ci, 104.1-ci, 105.1-ci və 145-ci maddələri, Mülki Məcəllənin 65.1.4-cü və 61.10-cu maddələri.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email