Lisenziya və icazələr verilməsi internet vasitəsilə həyata keçiriləcək

posted in: Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 615
Bakı şəhəri, 29 dekabr 2017-ci il

“Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında

“Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının 3.1.3-cü, 3.1.4- cü və 3.1.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər” təsdiq edilsin (2 nömrəli əlavə).

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 29 dekabr
tarixli 615 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə

Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin,
onun dublikatının və əlavəsinin verilməsinin, yenidən
rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya
ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata
keçirilməsini təmin etmək üçün son müddətlər

Sıra

№-si

Lisenziya və ya icazə verən orqanlar Son müddət
1 2 3
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 may 2018-ci il
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1 mart 2018-ci il
3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 may 2018-ci il
4. Azərbaycan Respublikasının Energetika

Nazirliyi

1 may 2018-ci il
5. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 1 mart 2018-ci il
6. Azərbaycan Respublikasının Gənclər və İdman

Nazirliyi

1 mart 2018-ci il
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 1 mart 2018-ci il
8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı

Nazirliyi

1 mart 2018-ci il
9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1 mart 2018-ci il
10. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 1 mart 2018-ci il
11. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 1 may 2018-ci il
12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1 mart 2018-ci il
13. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1 mart 2018-ci il
14. Azərbaycan Respublikasının Dövlət Gömrük

Komitəsi

1 mart 2018-ci il
15. Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası 1 may 2018-ci il
16. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 1 mart 2018-ci il
17. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 1 mart 2018-ci il
18. Azərbaycan Respublikasının Dövlət

Təhlükəsizliyi Xidməti

1 mart 2018-ci il
19. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti 1 mart 2018-ci il
20. Azərbaycan Respublikasının Dövlət Dəniz

Administrasiyası

1 mart 2018-ci il
21. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası 1 mart 2018-ci il
22. Azərbaycan Respublikasının Auditorlar Palatası 1 mart 2018-ci il
23. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi 1 dekabr 2018-ci il
24. Azərbaycan Respublikasının Müəllif Hüquqları

Agentliyi

1 mart 2018-ci il
25. Bakı Nəqliyyat Agentliyi 1 mart 2018-ci il
26. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 1 mart 2018-ci il
27. Azərbaycan Respublikasının Milli Televiziya və

Radio Şurası

1 may 2018-ci il
28. Azərbaycan Milli Elmlər Akademiyası 1 mart 2018-ci il
29. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 1 mart 2018-ci il
30. Rayon (şəhər) icra hakimiyyətləri 1 may 2018-ci il

 

 Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 29 dekabr
tarixli 615 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
3 nömrəli əlavə

İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına
inteqrasiyası üçün texniki tələblər

1. Ümumi müddəa 

 

1.1. Bu sənəd “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının
3.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və “Lisenziyalar və icazələr” portalının (bundan sonra – portal) iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının (bundan sonra – informasiya sistemi) portala inteqrasiyası üçün texniki tələbləri müəyyən edir.

2. İnformasiya sistemlərinin portalla əlaqəli olan
komponentlərinə dair tələblər

2.1. Portal iştirakçılarının informasiya sistemlərinin portalla əlaqəsini təmin edən veb-servislər mövcud infrastruktur çərçivəsində portal iştirakçılarının daxili şəbəkəsində (ayrılmış şəbəkədə) quraşdırılmalı və onların təhlükəsizliyi daxili sistemlərin təhlükəsizlik səviyyəsində olmalıdır.
2.2. Şəbəkə və sistem tənzimləmələri təhlükəsiz məlumat mübadiləsini təmin etməli və yalnız icazəsi olanlara həmin vebservislərdən istifadə etmə imkanını yaratmalıdır.
2.3. Portalın iştirakçıları sorğuların verilməsini və onlara təqdim edilən cavabların qeydə alınmasını (loqlanması) təmin etməli, informasiya sisteminin istifadə edilməsi haqqında statistik məlumatların toplanılmasını həyata keçirməlidir.

3. Portala inteqrasiya ilə əlaqədar portal iştirakçılarına
olan tələblər

3.1. Portal iştirakçıları portala inteqrasiya ilə əlaqədar aşağıdakı texniki məsələləri həyata keçirməlidirlər:
3.1.1. informasiya sistemi ilə portal arasında təhlükəsiz rabitə kanalının qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi;
3.1.2. təhlükəsiz məlumat mübadiləsinin təmin edilməsi və bu məqsədlə:
3.1.2.1. mərkəzi serverlərin sertifikatlarının daxil edilməsi;
3.1.3. portal vasitəsilə sorğu vermək hüququna malik olan istifadəçilərin təyin edilməsi;
3.1.4. tətbiq serverinin yaradılması, quraşdırılması və bu məqsədlə:
3.1.4.1. əməliyyat sisteminin quraşdırılması;
3.1.4.2. veb – serverin (web – server) yaradılması və əlaqəli proqram paketlərinin yüklənilməsi;
3.1.4.3. HTTPS (Hypertext Transfer Protocol Secure) və SSL (Secure Sockets Layer) sertifikatlarının yüklənilməsi;
3.1.4.4. tətbiq serverinin konfiqurasiya edilməsi;
3.1.5. informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi;
3.1.6. server inzibatçısının təyin edilməsi.

4. Sorğulara aid tələblər

4.1. Portala inteqrasiya olunan informasiya sistemi SOAP (Simple Object Access Protocol) və REST (Representational State Transfer) vasitəsilə sorğularla işləmə imkanına malik olmalıdır.
4.2. Sorğunun informasiya sistemindən cavablandırılma vaxtı verilənlər bazasında xidmətin emalına və şəbəkə ilə məlumatların ötürülməsinə sərf edilmiş vaxt nəzərə alınmaqla 3 (üç) saniyədən artıq olmamalıdır.
4.3. Tətbiq serveri saniyədə 60 sorğunun emalını təmin etməlidir.
4.4. Məlumatların ötürülməsində saniyədə 100 Mbit-dən az olmayan ötürmə sürətini və təhlükəsiz VPN kanalının yaradılmasını dəstəkləyən şəbəkə avadanlığı istifadə edilməlidir.

5. Portala inteqrasiya olunan informasiya sistemlərində
informasiyanın mühafizəsinə dair tələblər

5.1. Portala inteqrasiya olunan informasiya sistemlərində informasiyanın mühafizəsi aşağıdakı əsas səviyyələr üzrə təmin olunmalıdır:
5.1.1. işçi yeri;
5.1.2. qurum;
5.1.3. qurumun alt strukturları.
5.2. Portala inteqrasiya olunan informasiya sistemlərinin təhlükəsizlik sistemi aşağıdakı səviyyələrdə təmin olunmalıdır:
5.2.1. informasiyanın fiziki qorunması;
5.2.2. əlyetərlilik nəzarəti və fərdi identifikasiya;
5.2.3. məlumatların şifrlənməsi üçün açarlardan istifadə;
5.2.4. “əks-sorğu” müdafiəsi.
5.3. Portal iştirakçılarının sistemə müraciəti yalnız verilmiş sertifikata malik olan server vasitəsilə aparılmalıdır.
5.4. Portal iştirakçılarının sistemə müraciəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sertifikat əsasında autentifikasiya tətbiq olunmalıdır.
5.5. Autentifikasiya aşağıdakı vasitələrdən biri ilə həyata keçirilməlidir:
5.5.1. gücləndirilmiş elektron imza (o cümlədən Asan imza) sertifikatı;
5.5.2. portalın operatoru tərəfindən istifadəçilərə verilən identifikasiya vasitələri.
5.6. Portala inteqrasiya olunan informasiya sistemləri arasında avtomatik sorğular əsasında aparılan informasiya mübadiləsi zamanı sorğunun təşəbbüskarı olan portal iştirakçılarının məlumat mübadiləsinin aparılması üzrə səlahiyyətli şəxs (şəxslər) elektron xidmət istifadəçisi hesab edilir.
5.7. Portaldan istifadə prosesində informasiya təhlükəsizliyi ilə bağlı baş verən problemlər haqqında məlumatlar portalın operatoru tərəfindən qeydə alınmalı və saxlanılmalıdır.

Mənbə: www.cabmin.gov.az

Faylı yükləyin: “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər

Print Friendly, PDF & Email