Kreditlə və ya lizinq ilə alınan əsas vəsaitlər balansa salına bilərmi?

posted in: Xəbər | 0
birbank biznes

lizinq ilə alınan əsas vəsaitlərKreditlə və ya lizinq ilə alınan əsas vəsaitlər balansa salına bilərmi?


Sual: Kreditlə və ya lizinq ilə alınan əsas vəsaitlər balansa salına bilərmi? Əgər balansa sala bilərəmsə dəyərini nə qədər göstərməliyəm? Faizlər üstünə əlavə olunurmu?
Aydın Kərimovla mühasibat uçotu kursu

Cavab: Bildiririk ki, Mülki Məcəllənin müddəalarına uyğun olaraq maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır.

Eyni zamanda bildiririk ki, əsas vəsaitlərin istismara və balansa qəbulu qaydaları ilə bağlı ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Bax: Mülki Məcəllənin 748-3-cü maddəsi, Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.


Sual: Lizinq zamanı əmlak vergisi və sığorta xərclərini kim ödəməlidir?

Cavab: Bildiririk ki, maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır. Əmlakın öz balansında uçota almış şəxs Vergi Məcəlləsinin 197-ci maddəsinə müvafiq olaraq əmlak vergisini ödəməlidir.

Eyni zamanda bildiririk ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Sahibkarlıq (maliyyə) risklərinin sığortası isə lizinq müqaviləsi tərəflərinin razılığı ilə həyata keçirilə bilər. Sığorta edənin öhdəliklərini yerinə yetirən və qazanc götürən tərəflər, həmçinin sığortanın müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir. Öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır.

Mənbə: taxes.gov.az

Həmçinin bax: İcarəyə götürülmüş əsas vəsaitlərin təmir xərclərini nə zaman gəlirdən çıxa bilərik?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.

Print Friendly, PDF & Email