Lizinqlə bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik

posted in: Vergi, Xəbər | 0
birbank biznes

LizinqLizinq ilə bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik yanvarın 1-dən qüvvəyə minib

Qanunvericiliyə əsasən, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Bundan əlavə, maliyyə lizinqinin obyekti qismində əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlaklar iştirak edir.


ƏDV-nin qaytarılması üçün bu sənədlər tələb edilir

Qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələrək, sahibkarların lizinqlə bağlı təqdim etdikləri məlumat formalarının qoşmalarına da müvafiq məlumatların daxil edilməsi zərurəti yaranıb. Vergilər Nazirliyi vergi ödəyicilərinə lizinq ilə bağlı zəruri məlumatları həmin qoşmalarda nəzərə alınmaq barədə müraciət edib.

2019-cu il yanvarın 1-dək bağlanmış və predmeti əsas vəsait olmayan maliyyə lizinqi müqavilələri barədə məlumatlar məlumat formasına əlavə edilmiş qoşmada tam və düzgün doldurularaq yanvarın 15-dək vergi orqanına təqdim olunmalıdır. Qoşmadakı məlumatların elektron kargüzarlıq vasitəsilə elektron sənəd formasında təqdim edilməsi məqsədəuyğun sayılır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək tövsiyə olunur.

Mənbə: vergiler.az


ƏDV ilə bağlı Vergi Məcəlləsində olan dəyişikliklər

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email