Lizinq zamanı əmlak vergisi və sığorta xərclərini kim ödəməlidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

sığorta xərcləriSual: Şirkət maliyyə lizinqi fəaliyyəti ilə məşğul olur və mənfəət vergisi ödəyicisidir. Mülki qanunvericiliyə əsasən, lizinq verən tərəfindən lizinq obyektinin müqavilədə lizinq verilməsi üçün göstərilməklə qabaqcadan (və ya həmin gün) əldə edilməsi qadağan edilmir və şirkətin mülkiyyətində qalmaqla maliyyə lizinqinə verilə bilər. Şirkət Fiziki şəxsdən avtomobili lizinq verilməsi üçün alıb, digər fiziki şəxsə maliyyə lizinqinə verirsə, bu zaman şirkətin aktiv portfelində görsənir.

Suallarım belədir: 1. Lizinqə verilən əmlak əsas vəsait kimi də əks etdirilməlidirmi, əks etdirilməlidirsə bu zaman aktivlər süni şəkildə artmış olmayacaqmı? 2. Əmlak vergisini kim ödəməlidir, lizinq verən, ya lizinq alan? 3. Lizinq verən lizinqdə olan əmlakı sığortalaya bilərmi və sığortalaya bilərsə sığorta xərci gəlirdən çıxılan xərcə aid edilirmi? Xahiş edirəm suallarımın hamısını ətraflı cavablandırasınız.

Həmçinin bax: Lizinqə verilmək üçün idxal olunan malların satışından daxil olan vəsait hansı qaydada vergiyə cəlb edilir?

Cavab: Bildiririk ki, maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır. Əmlakın öz balansında uçota almış şəxs Vergi Məcəlləsinin 197-ci maddəsinə müvafiq olaraq əmlak vergisini ödəməlidir.

Bax: Mülki Məcəllənin 748-3-cü və Vergi Məcəlləsinin 197-ci maddəsi.

Eyni zamanda bildiririk ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Sahibkarlıq (maliyyə) risklərinin sığortası isə lizinq müqaviləsi tərəflərinin razılığı ilə həyata keçirilə bilər. Sığorta edənin öhdəliklərini yerinə yetirən və qazanc götürən tərəflər, həmçinin sığortanın müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir. Öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır.

Bax: Mülki Məcəllənin 748-6-cı və Vergi Məcəlləsinin 116-cı maddəsi.

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email