Məzuniyyət hüququnun təmin edilməsinə nəzarət necə həyata keçirilir?

posted in: Xəbər | 0
birbank biznes

Məzuniyyət anlayışı

Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsi üzrə hər bir şəxs istirahət  hüququna malikdir. Həmin maddəyə əsasən  əmək müqaviləsi üzrə çalışan işçilərə 8 saatlıq iş günü, istirahət, bayram günləri, həmçinin  21  gündən az olmayan  ödənişli məzuniyyətlər təyin olunmalıdır. Məzuniyyət hüququn təmin edilməsinə nəzarət müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir. Məzuniyyət işçinin iş yerinin, vəzifəsinin saxlanması şərtilə  müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. İşçinin bir müddət işləyəndən sonra əmək qabiliyyətini bərpa etmək, sağlamlığını möhkəmləndirmək məqsədilə məzuniyyətdən istifadəsi zəruridir. Lakin məzuniyyət işçinin işindən, əmək stajından, dövlət, özəl iş yerlərində işləməyindən, digər səbəblərdən asılı olaraq müxtəlif şərtlər daxilində, fərqli müddətlərdə verilə bilər. İşçilərin məzuniyyət hüququ Əmək Məcəlləsinə müvafiq müəyyən olunur.

Əmək məzuniyyəti hüququ

İşləyən hər bir kəsin məzuniyyət hüququ əmək müqaviləsi bağlayaraq işə başladığı müddətdən etibarən  yaranır (ƏM 113). İşçinin ilk iş ilində bu məzuniyyət hüququndan istifadəsi 6 ay müddət keçəndən sonra mümkündür. (ƏM maddə 131)  Növbəti ildə isə məzuniyyətdən istifadə  hüququ ikinci iş ilinin başladığı gündən yaranmış hesab olunur və tərəflər arasında razılaşdırılmış müddətdə təyin olunur. Ancaq hər işçiyə 6 aylıq məhdudiyyət qoyulmur. ƏM-də 131-maddədə qeyd edildiyi kimi, bəzi işçilər müqavilənin bağlandığı vaxt nəzərə alınmadan məzuniyyətdən istifadə hüququna malikdir.

Müəssisələrdə məzuniyyətlərin verilməsi  zamanı hər təqvim ili üçün növbəlilik cədvəllərinin hazırlanması təmin edilməlidir. Həmin cədvəllərdə məzuniyyətin müddəti təyin olunan zaman  nəzərə almaq lazımdır ki, normal işin pozulmasına səbəb olmasın.

ƏM-nin 133-cü maddəsində qeyd olunduğu kimi :

  • istehsalın və işin normal gedişinin təmini;
  • məzuniyyətlərdə düzgün uçotun təşkili;
  • işçilərin məzuniyyət hüququndan daha səmərəli istifadə etməsi məqsədini daşıyır.

Işçinin müvafiq iş ilində müəyyən səbəblərdən məzuniyyətdən istifadəsi mümkün olmaya bilər. Bu halda ona istifadə olunmayan məzuniyyətlərə görə müəyyən olunmuş qaydada kompensasiya ödənilməsi tələb olunur.

Məzuniyyət hüququnun təmin olunmasına nəzarət

Məzuniyyətdə olan işçinin işlədiyi yerin, vəzifəsinin, əmək haqqının saxlanması şərti onun ən mühüm hüquqi təminatıdır. İşəgötürən tərəfindən məzuniyyətdə olan işçinin müqaviləsinin ləğvi, onun intizam məzuliyyətinə cəlb olunması, başqa vəzifəyə keçirilməsi yolveriməzdir. Həmin məzuniyyət müddəti işçinin əmək stajına aid edilir.

Qanunvericiliyə əsasən işçilərin məzuniyyət hüququnun pozulması, ondan istifadə qaydalarının məhdudlaşdırılması qadağandır. Qanunvericiliyin pozulması halları, eləcə də təyin edilən cərimələr İnzibati Xətalar Məcəlləsində  192-ci maddədə qeyd edilmişdir.

Həmin maddəyə uyğun olaraq vəzifəli şəxslərə:

  • məzuniyyətlərin hesablanmasında hər hansı bir qayda pozuntusu aşkar edildikdə – 700 – 1500 manat;
  • işçinin məzuniyyət hüququ pozulduqda, yaxud ona istifadə olunmayan məzuniyyətə görə kompensasiya ödənilmədikdə – 1500 – 2000 manat aralığında cərimələr tətbiq olunur.

Lakin məzuniyyətin hesablanması zamanı  riyazi hesablama ilə əlaqədar yaranan nöqsan bir istisna hal kimi qəbul oluna bilər.


İşçi heyəti üzrə hesablaşmaların autsorsinqi! İşinizi etibarlı tərəfdaşla aparın!


İşçinin məzuniyyət hüququnun təmin olunmasına nəzarəti AR qanunvericiliyi ilə müəyyən olunmuş orqanlar həyata keçirir. Həmin orqanlardan biri olan ƏƏSMN nəzdində Dövlət Əmək Müfəttişliyi öz səlahiyyətlərini  16 fevral 2011-ci il tarixli DƏM xidməti haqqında əsasnamə yə müvafiq həyata keçirir. DƏM əmək qanunvericiliyinə dair normtiv hüquqi aktların tələblərinin həyata keçirilməsinə nəzarət edən icra hakimiyyəti orqanıdır. Həmin orqanın qəbul etdiyi qərarların işəgötürən və işçi tərəfindən icrası məcburidir.

Məzuniyyət hüququnun təmin olunmasına ictimai nəzarəti isə Hİ təşkilatı, həmçinin işəgötürənin nümayəndəli orqanları yerinə yetirir. İşəgötürən Hİ orqanlarının fəaliyyətinə mane olmamalı, onların qanuni tələblərinə əməl etməlidir. Hİ-nın hüquqlarının pozulması qanunvericiliklə müəyyən olunmuş halda məsuliyyətə səbəb olur.

Suvenirlərin alqı-satqısının rəsmiləşdirilməsi və xərc kimi gəlirdən çıxılması qaydası

Print Friendly, PDF & Email