Maya dəyərinin kalkulyasiya edilməsinin və məsrəflərin uçotunun qarşısında aşağıdakı vəzifələr durur:
– istehsal məsrəflərinin müvafiq qaydada təsdiq olunmuş ilkin sənəd formaları ilə vaxtlı-vaxtında və düzgün rəsmiləşdirilməsini, onların tam əhatə edilməsini, baş verdikləri sahələr və təyinatları üzrə dəqiq uçota alınmasının təmin olunması;
– istehsal olunmuş məhsulların (işlərin, xidmətlərin) miqdar, məbləğ, çeşidinin uçotu və onların yerinə yetirilməsi üzərində nəzarət;
– məhsul istehsalına sərf olunan xammal, material, əmək və digər ehtiyatların istifadə olunmasına nəzarət;
– material, əmək və maliyyə ehtiyatlarının tərtib olunmuş smeta və normativlərə, plana uyğun olunmasına nəzarət etmək;