Maaş barədə bilmədiklərimiz

posted in: Məqalə, Xəbər | 0

  • Axmaqları direktor vəzifəsinə işə götürmürlər. Şirkətinin əsasının qoyulmasından 11 il sonra zavod işçilərinin əmək haqqını iki dəfə artıran Henry Ford da axmaq olmayıb.  Məvacibləri ikiqat  artırıldıqdan sonra işçilər doğma zavodlarına axışaraq mister Forda öz səmimi hisslərini izhar etdilər və bundan sonra böyük sevinc hissi ilə özlərinin istehsal etdiyi məhsulları almağa başladılar.
  • Dünyada ən kiçik məvacibi BMT-nin xoşməramlı səfirləri alırlar, Sting, Elton John, Michael Douglas, Stevie Wonder və bir çox digər xoşməramlı səfirlər bu vəzifədə il ərzində 1 ABŞ dolları pul alıblar.
  • Bir dəfə Thomas Edison’a məxsus zavodlardan birinin fəhlələri maaşlarının artırılması tələbi ilə tətilə başlayırlar. İxtiraçı bu məsələyə də ixtiraçı ruhunda yanaşıb: O, sadəcə elə bir maşın icad edir ki, bundan sonra həmin işçilərin əməyi lazımsız olur. Və sonra da həmin fəhlələri işdən qovur.
  • Müdrik yaponlar daha proqressiv düşünürlər və öz evində çalışmaq imkanı olan işçilərin əmək haqqını xeyli vaxtdır ki, artırıblar. Bu isə həm işçiləri motivasiya edir, həm də rəhbərliyi bahalı ofislər icarəyə götürmək və onlara xidmət etmək kimi problemlərdən azad edir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *