Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Elçin Məmmədov: “Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar”.

“Vergi ödəmək hər bir şəxsin, o cümlədən də futbolçuların borcudur”.
Bunu Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən “Futbol və Biznes” sammitində Vergilər nazirinin müşaviri, vergi ombudsmanı Elçin Məmmədov deyib.
Onun sözlərinə görə, futbolçularla ikili müqavilə problemi 2019-cu il 1 yanvar tarixindən Vergi Məcəlləsində edilən dəyişiklər sayəsində aradan qalxa bilər: “Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar. 8 min manata qədər olan maaşlar vergidən azaddır.
Bu, görünməyən bir işdir. Bu şərtlər vergi ödəmək istəyən şəxslərin üzə çıxmasına imkan verir. Dövlət sahibkarların sayının artması üçün maksimum təkan verir”.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email