Maliyyə hesabatının tərtib olunmasının keyfiyyət göstəriciləri

posted in: Uncategorized | 0

Maliyyə hesabatlarının tərtib olunması və təqdimatı üzrə konseptual əsasla faktiki olaraq, bütün BMUS (Beynəlxalq Mühasibat Uçotu Standartları) və BMHS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) –ın təməlini təşkil edir və bununla da, maliyyə hesabatının neceə tərtib olunması və hansı məlumatları özündə əks etdirməli olduğunu müəyyənləşdirilir. Konseptual əsaslarda qeyd olunur ki, maliyyə
hesabatlarının keyfiyyət xüsusiyyətləri hesabatlardakı məlumatların istifadəçilər üçün faydalı olmasını təmin edən əsas atributlardır. Dörd əsas keyfiyyət göstəricisi mövcuddur: anlaşıqlılıq, münasiblik, etibarlılıq, müqayisəllik. Anlaşıqlılıq. İstifadəçilər maliyyə hesabatlarını anlaya bilməlidirlər. Onların müəyyən kommersiya, iqtisadi və mühasibat biliklərinə malik olmaqları və məlumatları düzgün öyrənmək üçün bu bilikləri tətbiq edə bilməkləri fərz olunur. Mürəkkəb məsələlər faydalı informasiyanı əks etdirərlərsə sadəcə olaraq, mürəkkəb olduqlarına görə maliyyə hesabatlarından kənarlaşdırılmalıdır. Münasiblilik. Yalnız münasib məlumat faydalı ola bilər. Məlumat istifadəçiilərə keçmiş, indiki, gələcək hadisələri qiymətləndirməyə və ya keçmiş qiymətləndirməni
təsdiq və ya inkar etməyə kömək etdikdə münasib sayıla bilər. məlumatların təsdiqedici və inkaredici funksiyaları bir-biri ilə qarşılıqlı əlaqədədir. Maliyyə vəziyyəti və nəticələri haqqında məlumatlar çox vaxt gələcək maliyyə vəziyyəti və fəaliyyəti haqqında məlumatlar və istifadəçiyə maraqlı olan digər amilləri dividendlər, maaşlar və s. qabaqcadan deməyə imkan verir. Məlumatların necə
göstərilməsi barədə düzgün seçimin edilməsi, proqnoz vere bilmə bacarığını artırmış olur.

Məlumatların münasibliyi onun xarakteri və əhəmiyyətliliyindən asılıdır. Əhəmiyyətlilik özlüyündə keyfiyyət göstəricisi deyil, çünki o daha çox hədd nöqtəsidir.

Etibarlılıq. Məlumatların faydalı olması üçün o həm də etibarlı olmalıdır, başqa sözlə, əhəmiyyətli səhvlər müşahidə edilməməli və qərəzsiz olmalıdır, istifadəçi onun həqiqi təsvir edildiyindən əmin olmalıdır. Məlumat etibarlı olmadıqda, münasib olarsa belə, bu, aldadıcı ola bilər (məsələn, dəymiş zərərə dair məhkəmə mübahisələri). Doğru təqdimat. Məlumatın etibarlı hesab edilə bilməsi üçün, o, əməliyyatları doğru təsvir etməlidir. Bunun bele olmaması riski də var. bu, heç də məlumatların qərəzli olmasından deyil, sadəcə əməliyyatların müəyyən edilməsi və ya onların ölçülməsi və təqdimatı üçün düzgün metod seçmək çətin olmasından baş verir. Maddənin maliyyə təsiri və nəticəsinin ölçmək tamamilə qeyri-mümkün olduqda müəssisələr bu cür maddələri tanımamalıdır. Məsələn daxili olaraq yaranmış qudvil. Mahiyyətin formadan üstünlüyü. əməliyyatın həqiqi təsviri, bu təsvirin hüquqi formaya deyil, mahiyyətə və iqtisadi reallığa əsaslandığı halda mümkündür.

Neytrallıq. Məlumatın etibarlı hesab edilməsi üçün o, qərəzsiz olmalıdır. Əgər maliyyə hesabatları, istifadəçilərə təsir edərək, onları əvvəlcədən düşünülmüş qərarlar vermək məqsədi ilə hazırlanarsa, hesabatların neytrallığı itirilmiş olur.

Ehtiyatlılıq. Maliyyə hesabatlarının hazırlanmasında həmişə qeyri-müəyyənliklər mövcud olur. Buna missal kimi, şübhəli debitor borclarının ödənilməsinin göstərmək olar. Bu qeyri-müəyyənliklər açıqlanmalr və ehtiyatlılıq konsepsiyasının tətbiqi ilə
tanınırlar. Ehtiyatlılıq (konservatizm) konsepsiyasına əsasən, heç bir halda gizli rezervlərin və ya artıq məbləğdə ehtiyatların yaradılmasına, aktivlərin və gəlirlərin azaldılmasına və ya öhdəliklərin və xərclərin şişirdilməsinə yol verilmir.

Tamlıq. Maliyyə məlumatlarının etibarlı hesab edilməsi üçün, dəyər və əhəmiyyətlilik cəhətindən tam olamlıdır. Hər hansı bir maddənin nəzərə alınmaması məlumatın aldadıcı olamsı ilə nəticələnə bilər.

Müqyisəlilik. Istifadəçi müəssisənin maliyyə hesabatlarının aşağıdakı məqsədlər baxımından müqayisə edə bilməlidir:
–  Dövrlər arası, dəyişiklikləri müəyyənləşdirə bilmək üçün;
– Digər müəssisələrin hesabatları ilə, onların nisbi maliyyə vəziyyətlərini, nəticələrini və maliyyə vəziyyətlərində dəyişiklikləri qiymətləndirə bilmək üçün.

Bu səbəbdən, oxşar maddələrin uçotunun dövrlər üzrə və ya müəssisələr arasında eyni üsulla aparılması çox vacibdir.
Burada uçot siyasətinin açıqlanması xüsusi əhəmiyyət daşıyır. Istifadəçi müxtəlif müəssisələrin müvafiq maddələrini müqayisə edə bilmək üçün istifadə edilmiş müxtəlif metodları aydın fərqləndirə və dərk edə bilər. Müqayisəlilik yeknəsəklik ilə
eyni məna kəsb etmir. Uçot siyasətləri uyğun olmadıqda müəssisələr onları dəyişməlidirlər.

Dövrlər üzrə müqayisəliliyi təmin etmək üçün, keçmiş dövlər üzrə müvafiq məlumatlar göstərilməlidir. Maliyyə hesabatları demək olar ki, hər bir müəssisənin maraqlı tərəflərini lazımi məlumat ilə təmin edir. “Maraqlı tərəflər” müəssisədə marağı olan hər bir kəs ola bilər
(məsələn, səhmdarlar- müəssisnin sahibləri, investorlar, işçilər, müştərilər və başqaları). Onlar iqtisadi qərarlar qəbul etmək üçün maliyyə hesabatlarında verilən məlumatlardan istifadə edirlər. Maliyyə hesabatı istifadəçiləri, yəni maraqlı tərəflərin növləri və onların məlumat ehtiyacları aşağıda verilmişdir.

1. Müəssisə sahibləri, səhmdarlar və potensial investorlar: Müəssisənin maliyyə hesabatlarının əsas istifadəçiləri onun sahibləri, səhmdarlardır. Faktiki olaraq maliyyə hesabatları xüsusi olaraq bu böyük qrupa
ünvanlanıb. Bu onunla əlaqədardır ki, müəssisə sahibləri müəssisənin işə başlaması üçün onu ilkin kapitalla təmin edən qrupdur. Müəssisə iflasa uğradığı zaman səhmdarların vəsaiti risk altında qalır. Onlar investisiyalarının sadəcə təhlükəsiz
olmasına yox, həm də artmasına əmin olmaq üçün müəssisə haqqında mümkün olduqca dolğun və dəqiq məlumat istəyirlər. standart qayda olaraq, əgər səhmdarlar müəssisənin maliyyə hesabatlarındakı məlumatlarla razıdırlarsa, onda digər istifadəçi qrup da arxayın ola bilərlər.

Sahibkarların (səhmdarların) maliyyə hesabatlarında görmək istədikləri məlumatlar aşağıdakılardır:

• Onların kapitalından necə istifadə edilir;
• Müəssisənin malik olduğu aktivlərin sayı və növləri;
• Müəssisənin götürdüyü borcun miqdarı;
• Müəssisənin əməliyyatlarının nə dərəcədə gəlirli olması;
• Vaxt keçdikcə maliyyə vəziyyəti və nəticələrinin inkişaf etməsi və yaxud
zəifləməsi;

Potensial investorlar da yuxarıda qeyd olunan məlumatları görmək istəyirlər, çünki onlar da şirkətin yeni sahibkarları/səhmdarları ola bilərlər. Onlar maliyyə hesabatlarını müəssisənin davamlı investisiya etmək üçün yararlı olub-olmamasını dəyərləndirmək üçün istifadə edirlər (yəni müəssisə genişlənməyə meyillidirmi, və səhmdar investisiyalarının dəyərini artırırmı).

2. Rəhbərlik. Rəhbərlik şirkətin maliyyə hesabatlarını öz qərarlarında, fəliyyətlərində ilboyu “əsas mənbə” kimi götürülər. Bu ona görədir ki, hesabatlar bu qərarların və fəaliyyətlərin müəssisə üçün nə dərəcədə gəlirl (ya zərərli) olduğunu əks etdirir.

3. Maliyyə vəsaitini təmin edən qurumlar (məsələn banklar və digər maliyyə institutları). Banklar və digər maliyyə institutları kimi kreditorlar şirkəti öz fəaliyyəti davam etdirmək və ya biznesini genişləndirmək üçün maliyyə vəsaitləri ilə təmin edirlər. Bu qurumların müəssisələrin hesabatlarında görmək istədikləri məlumatlar aşağıdakılardır:

• Müəssisənin gəlirliliyi
• Gələcək illərdə müəssisə fəaliyyətinin davam etdirəcək yoxsa biznesdən
çıxacaq?
• Müəssisənin fəaliyyəti nəticəsində əldə edilən nağd pul onun borc öhdəliklərini
ödəməyə kifayət edirmi?
• Müəssisənin girov kimi qoya biləcək aktivlərinin dəyəri nə qədərdir?

4.Ticari əlaqələri olan qurumlar. Müəssisə ilə ticari əlaqələri olan qurumlar dedikdə, müəssisənin təchizatçıları və müştəriləri başa düşülür. Onlar bu hesabatlardan müəssisənin onlaradan sifariş etdiyi əmtəə və xidmətlətin dəyərini ödəmək qabiliyyətinin aşkar etmək üçün maliyyə vəziyyətini və nəticələrini təhlil etmək üçün istifadə edirlər. Müştərilər adətən əməkdaş olduqları müəssisələrin maliyyə hesabatları ilə daha az maraqlanırlar. Bu ona görədir ki, adətən onların müəssisə ilə əlaqələri əmtəə və xidmətlərin satışı baş verdikdə tamamlanır. Lakin müəssisə ilə davamlı əlaqədə olan müştərilər gələcək illərdə müəssisənin öz fəliyyətini davam etdirəcəyini müəyyən etmək məqsədilə onun maliyyə hesabatları ilə maraqlanırlar.

5. İşçilər. Müəssisənin işçiləri həmin müəssisənin maliyyə vəziyyəti və nəticələri ilə yaxından maraqlanırlar, çünki işçilərin əmək haqqlarının yeganə mənbəyidir. Əlavə olaraq, zəif fəaliyyət göstərən və ya zəif maliyyə nəticələrinə malik bir müəssisə adətən iş həyatında irəliləmək, karyera və s. kimi imkanlar təklif etmək iqtidarında olmur. İşçilər şirkətin perespektivini maliyyə hesabatlarından görə bilərlər.

6. Dövlət və aidiyyatı orqanlar. Dövlət milli iqtisadi statistikanı, məsələn ölkənin ÜDM (ümumi daxili məhsul) tərtib edərkən müəssisələrin maliyyə hesabatlarında mənbə kimi istifadə edir. Bu dövlətə müxtəlif siyasi qərarların qəbulunda köməklik göstərir.

7. Maliyyə analitikləri, birja dəllaları, maliyyə müxbirləri. Bu qrup istifadəçilər müəssisələrin maliyyə vəziyyətini və nəticələri haqqında təsəvvür əldə etmək üçün onların maliyyə hesabatlarını təhlil edirlər. Onlar bu hesabatlardan həmçinin, müəssisənin gələcək maliyyə vəziyyəti və nəticələrini proqnozlaşdırmaq üçün də istifadə edirlər. Bu proqnozlardan asılı olaraq, onlar öz müştərilərinə(potensial
investorlara) hər hansı bir müəssisəyə investisiya etmək barədə məsləhət verə bilərlər.


Vergi orqanları. Vergi orqanları maliyyə hesabatlarından verginin məbləğini təyin etmək üçün istifadə edirlər. Mənfəət və zərər haqqında hesabatda göstərilən gəlir vergiyə cəlb olunan gəliri hesablamaq üçün bir başlanğıc nöqtəsidir. Gəlir və satınalma göstəricilərindən ƏDV öhdəliyini hesablamaq üçün istifadə edilir.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *