Maliyyə hesabatlarının elementlərinin tanınması

posted in: Uncategorized | 0

MAYYƏ HESABATLARININ ELEMENTLƏRİNİN TANINMASI

Obyektin maliyyə hesabatlarında tanınması – tanınma meyarlarına cavab verən obyektin Mühasibat balansına və ya Mənfəət və zərər haqqında hesabata daxil edilməsidir.

Mühasibat balansı və ya Mənfəət və zərər haqqında hesabatda tanınan obyektlər aşağıdakı tanınma meyarlarına cavab verməlidir:

(a)  maliyyə hesabatlarının elementlərinin birinin anlayışına uyğun gəlməsi;

(b)  bu obyekt ilə əlaqədar gələcək iqtisadi səmərənin artımı və ya azalması ehtimalının olması; və

(c)  obyektin dəyərinin və ya qiymətinin etibarlı səviyyədə müəyyən oluna, qiymətləndirilə və ya hesablana bilməsi.

Mühasibat balansında və ya Mənfəət və zərər haqqında hesabatda tanınmalı olan obyektlərin tanınmaması istifadə olunan uçot siyasətinin açıqlanması, habelə qeydlər və ya izahat materialları vasitəsilə əvəz edilə bilməz.

Obyektin dəyəri və ya qiyməti etibarlı əsasla qiymətləndirilə bilmədikdə, bu obyekt Mühasibat balansında və Mənfəət və zərər haqqında hesabatda tanınmamalıdır. Lakin, müəssisənin maliyyə vəziyyətinin və ya maliyyə nəticələrinin qiymətləndirilməsi üçün obyekt haqqında informasiya münasib sayıldıqda, maliyyə hesabatlarının qeydlərində bu obyekt ilə bağlı təfərrüatların açıqlanması zərurəti yarana bilər.

Aktivin tanınması

Aktiv yalnız müəssisəyə gələcək iqtisadi səmərənin axını ehtimal olunduğu və onun dəyərinin və ya qiymətinin etibarlı səviyyədə qiymətləndirilməsi imkanının mövcud olduğu hallarda mühasibat balansında tanınır.

Öhdəliyin tanınması

Öhdəlik yalnız keçmiş hadisələrə görə yaranmış cari borcun ödənilməsi nəticəsində müəssisədən gələcək iqtisadi səmərənin kənara axını ehtimal olunduğu və bu borcun dəyərinin və ya qiymətinin etibarlı səviyyədə qiymətləndirilməsi imkanının                            mövcud olduğu hallarda mühasibat balansında tanınır.

Keçmiş hadisələrin mövcud olmadığı səbəbdən gələcəkdə yarana bilən borclar öhdəlik kimi tanınmır. Məsələn, adətən müəssisə tərəfindən gələcəkdə aktivin əldə ediləcəyi haqda razılıq hesabat dövrünün öhdəliyi kimi tanınmır.

Gəlirin tanınması

Gəlir aktivlərin artması və öhdəliklərin azalması ilə bağlı iqtisadi səmərənin artımının baş verdiyi və bu artımın etibarlı səviyyədə qiymətləndirilməsinə imkanın mövcud olduğu hallarda tanınır.

Xərcin tanınması

Xərc aktivlərin azalması və öhdəliklərin artması ilə bağlı iqtisadi səmərənin azalmasının baş verdiyi     və     bu     azalmanın     etibarlı     səviyyədə qiymətləndirilməsinə imkanın mövcud olduğu hallarda tanınır.

Əksər hallarda, xərclərin və gəlirlərin ayrı-ayrı maddələri birbaşa əlaqəli olur. Buna görə      də,       müvafiqlik              (əlaqələndirmə)    konsepsiyasına əsaslanaraq xərclər və gəlirlər eyni vaxtda tanınmalıdırlar.

Xərclərin gəlirlər ilə birbaşa əlaqələndirilməsi mümkün olmadığı hallarda, onlar müvafiq hesabat dövrləri arasında sistematik və ardıcıl olaraq bölüşdürülür. Bölüşdürülmə üsulu gələcək iqtisadi səmərənin baş verməsi gözlənilən dövrlər üzrə xərclərin tanınmasını təmin etməlidir.

Məsrəflər gələcək iqtisadi səmərənin əmələ gəlməsinə səbəb olmadıqda, habelə onlara aid edilən gələcək iqtisadi səmərələr Mühasibat balansında aktivin tanınma meyarlarına uyğun gəlmədikdə və ya bu meyarlara artıq cavab vermədikdə, bu məsrəflər Mənfəət və zərər haqqında hesabatda xərc kimi dərhal tanınır.

Həmçinin, öhdəlik müvafiq aktiv tanınmadan yarandıqda, xərc Mənfəət və zərər haqqında hesabatda tanınır.

Maliyyə hesabatlarının elementlərinin tanınması

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *