» » » Maliyyə hesabatlarının tərkibi

Maliyyə hesabatlarının tərkibi

posted in: Uncategorized | 0

Mili Mühasibat Uçot Standartlarına uyğun olaraq mühasibat (maliyyə) hesabatlarının məsmusu aşağıdakılardan ibarətdir:

• Mühasibat balansı (forma №1);
• Mənfəət və zərər haqqında hesabat;
• Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;;
• Kapitalda dəyişiliklər haqqında hesabat;
• Uçot siyasəti və izahlı qeydlər.

Mühasibat balansını öz məzmununa görə aktivlər (uzunmüddətli aktivlərə, qısamüddətli aktivlərə), kapital və öhdəliklər ( kapital, uzunmüddətli öhdəliklər, qısamüddətli öhdəlikləri) əhatə edir. Mühasibat hesabatlarında hesabat məlumatlarını uyğunluğu tələbinə əməl edilməlidir. Hesabtın əsas forması olan mühasibat balansı tənzimləyici kəmiyyətlər çıxıldıqdan sonar qalan netto qiymətində göstəricilərdən ibarətdir. İllik mühasibat hesabatına izahat vərəqi də əlavə olunur. İzahat vərəqində uçot siyasətində maliyyə vəziyyətinə, pul vəsaitlərinin hərəkətinə, maddi istehsal ehtiyatlarının, əsas vəsaitlərin, gəlirlərin və xərclərin, xarici valyuta ilə əməlyyatlar üzrə hesablaşmaların, hesabat tarixindən sonrakı hadisələrin, əməliyyat və coğrafi seqmentlər barədə informasiyanın vəziyyətinə əhəmiyyətli təsir göstərən dəyişikliklər barədə məlumat açıqlanmalıdır.

Bu məqsədlə cədvəllər və başqa izahatlar şəklində müvafiq açıqlamalar verilir. İzahat vərəqində təşkilatın fəaliyyətinin qısa xarakteristikası: investisiya və maliyyə fəliyyətinin xarakteristikaları verilməli; hesabat ilində maliyyə nəticələrinə əhəmiyyətli təsir göstərmiş əsas fəaliyyət göstəriciləri və amillər əks etdirilməli; illik mühasibat hesabatına baxılmasının və təşkilatın sərəncasmıda qalan mənfəətin bölüşdürülməsinin yekunları verilməlidir. Təşkilatın fəaliyyətinin əsas göstəriciləri barədə danışarkən əsas vəsaitlər, qeyrimaddi aktivlər, maliyyə qoyuluşlarının, buraxılan məhsulu elmi-texniki səviyyəsi, xüsusi dövriyyə vəsaitlərinin xarakteristikasını göstərmək məqsədəuyğundur.

“Maliyyə hesabatının təqdim edilməsi barədə” 1 N-li MUBS da mühasibat balasına və mənfəətlər, zərərlər haqqında hesabata daxil edilməsi zəruri olan mühüm informasiaynın siyahısı verilmişdir. Yenilənmiş “Maliyyə hesabatlarının təqdim edilməsi” adlı 1saylı MUBS-da 2009-cu ilin yanvar ayında başlayan və sonrakı dövrlər üçün balans hesabatının adı maliyyə vəziyyəti haqqında hesabat (MVHH) şəklində yenidən dəyişdirilmişdir. Hesabatda şirkətin rekvizitləri, fəaliyyətinin xarakteristikası, onun təşkilati-hüquqi forması və hesabatın hansı valyutada tərtib edilmiş olması göstərilməlidir. Maliyyə hesabatlarında əvvəlki hesabat dövrü üçün müvafiq məlumatlar öz əksinin tapmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *