Maliyyə Bazarlarına Nəzarət Palatası 2 yeni xidmət təqdim edib

posted in: Xəbər | 0
birbank biznes

xidmətMaliyyə Bazarlarına Nəzarət Palatasında yenilənmiş 966 Çağrı Mərkəzii-Map informativ xəritə xidməti təqdim olunub.

Palatanın mətbuat katibi Elşən Allahverdiyev təqdim olunan 966 Çağrı Mərkəzinin vətəndaşların suallarının operativ, keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başladığını və fasiləsiz xidmət göstərəcəyini bildirib.

Qeyd edilib ki, çoxkanallı, 3 dildə cavablandırmanı təmin edən, ölkənin bütün stasionar və mobil şəbəkə operatorlarından zəng qəbul edəcək 966 Çağrı Mərkəzinin mütləq hədəfi maliyyə xidmətlərinin istehlakçılarının, həmçinin Çağrı Mərkəzinə müraciət ünvanlayan vətəndaşların xətdə gözləmə müddətini minimuma endirməklə sorğu və suallarının cavablandırılmasını təmin etməkdir. Çağrı Mərkəzinin yaradılmasında əsas prioritet palata ilə əlaqənin əlçatan olmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.

Bax: Vergilər naziri vətəndaşları qəbul edəcək

Bildirilib ki, fasiləsiz fəaliyyət göstərməsi və daxil olan bütün zənglərin qeydiyyata alınması üçün Çağrı Mərkəzinə insan resursları cəlb olunub, həmçinin mərkəz xüsusi proqram təminatı, ən son avadanlıq və serverlərlə təchiz olunub.

E.Allahverdiyevin sözlərinə görə, vətəndaşlar və ölkəmizə səfər etmiş turistlər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, maliyyə qurumlarının filial və şöbələrinin rahat tapılması üçün yeni informativ xəritənin yaradılmasına zərurət yarandığı müəyyən edilib. Bununla əlaqədar olaraq, ölkənin bütün regionlarında fəaliyyət göstərən bank, bank olmayan kredit təşkilatı, ATM, valyuta mübadiləsi məntəqələrin, sığorta şirkətlərinin və “Azərpoçt” milli poçt operatorunun filial, şöbə və ofislərinin əlaqə məlumatlarını özündə əks etdirən i-Map informativ xəritə yaradılıb. Xəritədə Azərbaycanın işğal olunmuş ərazilərinin adları və turistlər üçün faydalı ola biləcək əsas turistik istiqamətlər barədə məlumat yerləşdirilib. Vətəndaşlar və ölkə qonaqları məkandan asılı olmayaraq i-Map informativ xəritənin köməyi ilə maliyyə xidmətlərini göstərən təşkilatların ünvanları, əlaqə telefonları, iş saatları və digər faydalı məlumatları rahatlıqla əldə edə biləcəklər.

Yaxın gələcəkdə informativ xəritədə bir neçə yeni funksiyanın tətbiq edilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, palatanın rəsmi internet səhifəsinə daxil olmaqla xəritənin imkanlarından faydalanmaq mümkündür.

Mənbə: azertag.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Print Friendly, PDF & Email