Azərbaycanda maliyyə fəaliyyəti üzrə qeydiyyatdan keçən fərdi sahibkarların sayı artıb

posted in: Maliyyə, Xəbər | 0
birbank biznes

maliyyəçi menecer, vakansiya, Maliyyə menecerinin müavini,Mühasib, maliyyə hesabatı,Azərbaycanda maliyyə fəaliyyəti üzrə qeydiyyatdan keçən fərdi sahibkarların sayı illik 38% artaraq cari il yanvarın 1-nə 2517 nəfərə çatıb. (fərdi sahibkarlar)

Bu da ölkə üzrə cəmi sahibkarların 0,3%-i deməkdir. Maliyyə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların 77%-ni kişilər təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 914 mini keçib. Rəsmi statistikaya əsasən hesabat dövründə hər doqquz fərdi sahibkardan yeddisi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
fərdi sahibkarlar, maliyyə fəaliyyəti
Print Friendly, PDF & Email