Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu

posted in: Audit, Maliyyə, Xəbər | 0
birbank biznes

maliyyə hesabatları, Vakansiya: Mühasibatlıq üzrə aparıcı/böyük mütəxəssisSon günlərdə kütləvi informasiya vasitələrində dərc edilmiş məcburi audit subyektlərinin auditdən keçməsi ilə əlaqədar istər Maliyyə Nazirliyinin internet saytındakı müraciətində, istərsə də iqtisadi ekspertlərin bu məsələ ilə əlaqədar təhlili bir daha sübut edir ki, ölkə qanunvericiliyinə görə öz maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə dərc etdirməli olan, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda məcburi auditdən keçməli olan təsərrüfat subyektləri bir çox hallarda qanuna əməl etmirlər. Bunun da nəticəsində auditdən keçmənin vəziyyəti aşağı səviyyədə qalmaqda davam edir.

Bu sözləri Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov deyib.

O qeyd edib ki, son dövrlərdə Prezident İlham Əliyevin müdrik rəhbərliyi və siyasi iradəsi ilə ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığın möhkəmləndirilməsi və rəqabətqabiliyyətliliyin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Korrupsiyaya qarşı mübarizə və onun profilaktikası baxımından şəffaflıqla birbaşa bağlı olan təsərrüfat subyektlərinin maliyyə hesabatlarının vaxtında hazırlanması və açıqlanması prosedurlarının genişləndirilməsi mühüm rola malikdir. Bununla yanaşı, beynəlxalq standartlar əsasında maliyyə hesabatlarının hazırlanması və müstəqil auditor rəyi ilə birlikdə ictimaiyyətə tam və vaxtında açıqlanması sahəsində mövcud olan problemlərin həlli zərurəti bir sıra tədbirlərin işlənib hazırlanmasını və tətbiqini tələb edir.

“Aparılan araşdırmalar göstərir ki, 2019-cu ilin nəticəsinə görə, ölkə üzrə 46 min 282 məcburi audit subyektlərindən 3745 təsərrüfat subyekti məcburi auditdən keçib ki, bu da 8,09 faiz təşkil edir. Məhdud məsuliyyətli cəmiyyətlər və səhmdar cəmiyyətlər üzrə hesabatların hazırlanması və təqdim etməsi üzrə dolğun və tam statistika mövcud olmadığı kimi, həmin hesabatların kənar auditor tərəfindən təsdiq edilməsi səviyyəsi də çox aşağıdır. Məsələn, 2019-cu il üzrə səhmdar cəmiyyətlərin məcburi auditdən keçmə səviyyəsi 47,8 faiz, məhdud məsuliyyətlərin isə daha az, yəni 3,9 faiz təşkil edib. Halbuki inkişaf etmiş ölkələrdə hesabatların gec təqdim edilməsinə görə şirkətlər üçün ciddi cərimə məbləğləri nəzərdə tutulub.
Beynəlxalq praktikadan fərqli olaraq ölkəmizdə bir sıra hüquqi şəxslərin, o cümlədən məhdud məsuliyyətli cəmiyyətlərin öz illik maliyyə hesabatlarının təsisçidən başqa hər hansı bir orqana təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. İctimai əhəmiyyətli qurumların, bankların, sığorta təşkilatlarının, səhmdar cəmiyyətlərin və digər hüquqi şəxslərin maliyyə hesabatları isə ayrı-ayrı tənzimləyici qurumlarda toplanılır.

Bu isə Azərbaycanda hüquqi şəxslərin maliyyə hesabatlarının toplanması, ümumiləşdirilməsi, təhlili və açıqlanması sahəsində müəyyən problemlərin mövcudluğuna gətirib çıxarır. Yeri gəlmişkən, bu günlərdə fəaliyyəti geniş müzakirə obyektinə çevrilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) üzə çıxarılmış maliyyə pozuntularının mövcudluğunda müəyyən mənada fondun qanunvericiliyin tələblərinə baxmayaraq (Qanun bütün fondların məcburi auditdən keçməsini tələb edir) öz fəaliyyəti dövründə bir dəfə də olsun auditor yoxlamasından keçməməsini öz maliyyə fəaliyyətinin nəticələrinin ictimailəşmədən yayınmasıdır”, – deyə S.Gülməmmədov bildirib.

İcraçı direktor deyib: “Auditorlar Palatası məcburi auditdən keçməklə əlaqədar müvafiq qurumların rəhbərlərinə, kütləvi informasiya vasitələrinə, iqtisadi ekspertlərə bir daha öz təşəkkürünü bildirməklə bərabər bir daha iqtisadi subyektlərin rəhbərlərinin nəzərinə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün hər il müstəqil (kənar) auditor cəlb etməlidirlər. Belə olan halda hər birimiz ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının keçirilməsində yaxından iştirak etmiş olarıq”.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email