3000 manat məvaciblə Maliyyə meneceri (Baş mühasib) tələb olunur

Maliyyə meneceriVəzifə: Maliyyə meneceri (Baş mühasib)

İşəgötürən: Beynəlxalq şirkət

Əmək haqqı: 3000 AZN-dən başlayaraq
İş saatı: 09:00-18:00

Vəzifə təlimatları:

• Həvalə edilmiş şöbənin idarə edilməsinin planlaşdırılması;
• Həvalə edilmiş şöbənin nəzarət və müşahidə altında saxlanılması;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil edilməsi və nəzarətin həyata keçirilməsi;
• Kapital və investisiya qoyuluşlarının – Mühasibat reystrlərinə əsasən hesabatlar üçün məlumatların təsnifləşdirilməsi;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə nəzarət edilməsi;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaların tərtib edilməsinə nəzarətin həyata keçirilməsi;

• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
• Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi;
• İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi;
• Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, Forma 2, Forma 4, Forma 5);
• Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması;
• Beynəlxalq mühasibat uçotuna uyğun hesablar planının tərtibi, idarəetmə uçotunun qurulması;
• Rəhbərliyin göstərişlərinə əməl edilməsi və lazımi hesabatların rəhbərliyə təqdim edilməsi.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Təhsil

• İqtisadi ali təhsil (Maliyyə, Mühasibat Uçotu və oxşar fakultə).

Təcrübə

• Mühasibat və maliyyə sahəsində ən azı 7 il-10 il təcrübəsi olmalı.

Texniki səriştələr:

• Dil bilikləri: Azərbaycan dili, Rus dili əla səviyyədə, İngilis dili yaxşı səviyyədə;
• MS Office -Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
• 1C proqramı 8.2 və ya 8.3, Logo Unity, ERP proqramlarında işləməyi bacarmalı;
• ACCA , CIMA, CFA üzrə sertifikatlar;
• Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
• Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
• Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
• Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
• Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını;
• Pul vəsaitlərin və əmtəə-material dəyərlilərin inventarizasiyanın keçirilmə qaydalarını bilməli;
• Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli;
• Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, A.R Vergi Məcəlləsini, A.R Mülki Məcəlləsini və A.R. Əmək Məcəlləsini bilməli.

Bax: “GROW Audit and Consulting” LLC Mühasib axtarır

İdarəetmə səriştələri:

• Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlik qabiliyyəti, birgə iş/ komandada işləmə qabiliyyəti, yeni ideyaları qəbul etmə qabiliyyəti olmalıdır.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu yerində (subject) “ Maliyyə meneceri (Baş Mühasib)” qeyd edərək hr.shopsaz@gmail.cominfo@finstaff.az  ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi : (050) 280 28 24

Bax: Nurgun Holding Maliyyə Meneceri axtarır

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *