Maliyyə nazirinin eks müşavirinə Rusiyada vəzifə verilib

posted in: Maliyyə, Xəbər | 0
birbank biznes

vəzifəMaliyyə nazirinin keçmiş müşaviri Namiq Xəlilov işdən çıxması ilə bağlı ötən həftə mətbuatda yayılmış məlumata aydınlıq gətirib.

O, açıqlamasında vəzifəsini, təxminən, 6 ay bundan əvvəl tərk etdiyini bildirib.

“Bu ilin aprel ayından mən Azərbaycanın Rusiyanın paytaxtı Moskvadakı ticarət nümayəndəliyində baş məsləhətçi vəzifəsində çalışıram”, – keçmiş müşavir qeyd edib.

Xatırladaq ki, N.Xəlilov uzun illər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib. 2016-ci il fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası yarandıqdan və adı çəkilən dövlət xidməti ləğv edilərək onun səlahiyyətləri Palataya verildikdən sonra nazir Samir Şərifov N.Xəlilovu özünə müşavir təyin etmişdi. Hazırda isə onu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Elman Mehdiyev əvəz edir.

Qeyd edək ki, N.Xəlilovun vəzifədən azad edilməsi ilə bağlı ilk xəbəri Unikal.org saytı yayıb.

Mənbə: report.az

Həmçinin baxXidməti müqavilə ilə işləyənlərin itirdikləri

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Print Friendly, PDF & Email