Ən səs-küylü maliyyə qalmaqalları (5-ci hissə)

posted in: Maliyyə, Məqalə, Xəbər | 0
birbank biznes

maliyyə“Tobasi” sxemi

Yapon sözü “tobasi” “uçmaq” mənasını verir. Bu, geniş yayılmış dələduzluq sxemidir, hansı ki, bu zaman investisiya şirkəti öz müştərisinin qiymətdən düşmüş kağızlarını və aktivlərini digər bir müştərinin – real və ya saxta olan – portfelinə köçürür.

2011-ci ildə isə belə bir sxemlə Olympus şirkəti tutulmuşdu. Şirkətin baş icraçı direktoru, britaniyalı menecer Michael Woodford işdən çıxarıldı. Direktorlar şurasının sözlərinə görə Michael Woodford mühasibat uçotunda böyük boşluqlar mahiyyəti daşıyan “korporativ mədəniyyəti qəbul etməyibmiş”. Bundan əvvəl sən demə britaniyalı menecer korporasiyanın saxta şirkətlər vasitəsilə milyardlarla zərəri gizlədən sxemini aşkar edibmiş, özü də sonra aydın olubmuş ki, bu maxinasiyalara yakudzaların da (təşkilatlanmış ənənəvi cinayətkar qrup) əli ola bilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hər şey klassik xoşbəxt sonluqla nəticələnib: Olympus-un məsul top-menecerləri həbsxanaya düşür, Woodford isə bir çox işgüzar nəşrlər tərəfindən “İlin biznesmeni” adına layiq görülür. 2016-cı ildə bu saxtakarlıqla bağlı “Samuraylar və idiotlar” istehzalı ad altında sənədli film də çəkilib.

Linkə daxil olmaqla məqalənin 4-cü hissəsini oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email