Vergilər Nazirliyi malların alışının və satışının sənədləşdirilməsi barədə bildiriş göndərib

posted in: Xəbər | 0
birbank biznes

seminar məlumat mübadiləsi xitam Malların satışı malların alışıVergilər Nazirliyi Malların alışının və satışının sənədləşdirilməsi barədə bəzi vergi ödəyicilərinə aşağıdakı məzmunda Bildiriş göndərib.


Malların alışının və satışının sənədləşdirilməsi barədə

BİLDİRİŞ

Hörmətli vergi ödəyicisi!

Vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı bir sıra vergi ödəyicilərinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura və Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin olmadığı aşkar edilmiş və yol verilmiş qanun pozuntusuna görə həmin vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyaları tətbiq olunmuşdur.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunan maliyyə sanksiyalarına məruz qalmamaq üçün sahibkarlıq məqsədləri üçün malların alışını və satışını Vergi Məcəlləsində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilməsinə əməl edilməsi Sizə tövsiyə edilir.

Vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və Sizə ən yaxın istənilən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz.

Məlumat üçün qeyd edək ki, vergi orqanının vergi ödəyiciləri ilə keçirdiyi görüşdə iştirak etmək istədiyiniz təqdirdə xidmət mərkəzlərinə və ya internet vergi idarəsinin (http://www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq” bölməsi vasitəsilə müraciət edərək görüşlər və onların qrafiki barədə ətraflı məlumat ala və görüşlərə yazıla bilərsiniz.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email