Malların əvəzsiz olaraq verilməsi zamanı elektron qaimə-faktura verilməlidir?

posted in: Xəbər | 0

Sual 1: 100 % Dövlət büdcəsindən maliyyələşən və məqsədi mənfəət əldə etmək olmayan hüquqi şəxs özünün tabeliyində olan 100 % dövlət büdcəsindən maliyyələşən və məqsədi mənfəət əldə etmək olmayan (hüquqi şəxs olan) təşkilatlarına malların əvəzsiz olaraq (dəyəri ödənilmədən) verilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilməlidirmi? Elektron qaimə-faktura ilə rəsmiləşdirilməlidirsə qanunvericiliyin hansı normativ hüquqi aktlarına əsasən? Elektron qaimə-faktura ilə rəsmiləşdirilməməlidirsə hansı ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir?
Sual 2: 100 % Dövlət büdcəsindən maliyyələşən və məqsədi mənfəət əldə etmək olmayan hüquqi şəxs özünün tabeliyində olan 100 % dövlət büdcəsindən maliyyələşən və məqsədi mənfəət əldə etmək olmayan (hüquqi şəxs olan) təşkilatlarına mallar əvəzsiz olaraq (dəyəri ödənilmədən) verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası (forma nömrə QF02) ilə rəsmiləşdirilməlidirmi?

Cavab: Bildiririk ki, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Malların əvəzsiz olaraq verilməsi malların təqdim olunması hesab olunduğunu nəzərə alaraq sorğunuzda qeyd olunan halda elektron qaimə-fakturası verilməlidir.

Əlavə olaraq onu da qeyd edək ki, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” malların vergi ödəyicisinə məxsus bir təsərrüfat obyektindən onun özünə məxsus digər təsərrüfat obyektinə nəql edilməsi ilə rəsmiləşdirə bilər, sorğunuzda qeyd olunan halda isə bir vergi ödəyicisi digər vergi ödəyicilərinə malları təqdim edir.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *