2020-ci ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqları barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0
birbank biznes

məsuliyyət, ƏDV-nin qaytarılması, təyinat, Əlavə vergi nəzarəti, EDV, vergi ödəyicisi, Vergilər, işə qəbul, maaş, özəl tibb müəssisələri,Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıHesabatlar və ödənilməli vergilər barədə yaddaş

2020-ci ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə

  • Əlavə dəyər vergisinin bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisinin bəyannaməsi,
  • Mədən vergisinin bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2020-ci ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və bu bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2020-ci ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

Xüsusi notariusların 2020-ci ilin fevral ayı üzrə hesabladığı gəlir vergisi 2020-ci ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Muzdlu işlə əlaqədar 2020-ci ilin fevral ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2020-ci ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2020-ci ilin fevral ayı üzrə hesablanmış sığorta haqları 2020-ci ilin mart ayının 16-dan gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

Qeyd: “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta haqqı üzrə hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” formasında təsdiq edildiyindən muzdlu işlə əlaqədar ödənilmiş vergi və məcburi dövlət sosial sığortası, həmçinin işsizlikdən sığorta üzrə ödənilmiş sığorta haqları barədə 2020-ci ilin I rübü üzrə bəyannamə qeyd edilən vahid bəyannamə formasında cari ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir.

2019-cu ilin yekunlarına görə

hüquqi şəxslər tərəfindən Mənfəət və Əmlak vergisinin bəyannaməsi,
fiziki şəxslər tərəfindən Gəlir vergisinin bəyannaməsi

2020-ci ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Qeyd:

15.03.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixədək ödənilməli sığorta haqlarının ödənilməsinin son müddəti 16.03.2020-ci il tarixə
20.03.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 27.03.2020-ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ödənilməli vergilər
Print Friendly, PDF & Email