MDSS və İşsizlik hesabat formalarına dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

MDSS və İşsizlik hesabat formalarına dəyişiklik edilib

vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” və “İşsizlik sığortası üzrə rüblük hesabat” formalarına dəyişiklik edilib. Bununla bağlı Vergilər Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq bildirişi göndərib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanının 2.1.1-ci, 2.1.2-ci yarımbəndlərinin və 2018-ci il 21 dekabr tarixli 422 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşmaqla “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” və “İşsizlik sığortası üzrə rüblük hesabat” formaları təsdiq edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklər ilə əlaqədar olaraq vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanılması və nəzarət funksiyaları 1 yanvar 2019-cu il tarixdən Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

Sosial sığorta ödənişləri üzrə hesabat formalarının vahid bəyannamə şəklində optimallaşdırılması istiqamətində hal-hazırda Vergilər Nazirliyi tərəfindən müvafiq işlər aparılmaqdadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə hesabat formaları yeni redaksiyada təsdiq edilmişdir.

Göstərilənləri nəzərə alaraq, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın vergi ödəyiciləri tərəfindən təqdim edilməsi və dövri olaraq statistik hesabatlarının alınmasının asanlaşdırılması məqsədilə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta məqsədləri üçün bir sıra fəaliyyət növlərinin kodları birləşdirilmiş və ləğv bəyannamələrinin kağız formatda verilməsi imkanı yaradılmışdır.

Belə ki, məcburi dövlət sosial sığorta məqsədləri üçün 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər), 0102 (Büdcədən maliyyələşən təşkilatlar (büdcə vəsaitləri üzrə), 0103 (Büdcədən maliyyələşən təşkilatlar (xüsusi vəsaitlər üzrə), 0110 (Seçkili orqanlar), 0111 (İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) və 8111 (İşəgötürənlər-fiziki şəxsləri muzdlu işə cəlb edən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)-Digər) kodlu hesabatlar birləşdirilmiş və həmin kodlar əsasında fəaliyyət növü kodu 0112 (Muzdla işləyənləri işə götürən sığortaedənlər) olan yeni hesabat forması yaradılmış, fəaliyyət növünün kodu 0900 (Torpaq mülkiyyətçiləri) olan hesabat formasının adı dəyişdirilərək “Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər” kimi adlandırılmışdır.

Əlavə olaraq  bildirik ki, 8102 (Xüsusi statusa malik və büdcədən maliyyələşən təşkilatlar (büdcə vəsaitləri üzrə)) və 8103 (Xüsusi statusa malik və büdcədən maliyyələşən təşkilatlar (xüsusi vəsaitləri üzrə) kodlu hesabatlar birləşdirilmiş və həmin kodlar əsasında fəaliyyət növü kodu 8105 (Xüsusi statusa malik təşkilatlar) olan yeni hesabat forması yaradılmışdır.

İşsizlikdən sığorta üçün 1000 (İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər) və 1001 (İşsizlik sığortasına cəlb olunan fiziki şəxslər) kodlu hesabatlar birləşdirilmiş və həmin kodlar əsasında fəaliyyət növü kodu 1100 (Muzdla işləyənləri işə götürən sığortaedənlər) olan yeni hesabat forması yaradılmış, fəaliyyət növü kodu 1200 (Xüsusi statusa malik təşkilatlar) olan yeni hesabat forması əlavə edilmişdir.

Əlavə olaraq bildiririk ki, qeyd edilən hesabat formaları 1 oktyabr 2019-cu il tarixdən qüvvəyə minəcəkdir.

Bununla əlaqədar, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” və “İşsizlik sığortası üzrə rüblük hesabat”ları və tərtib edilməsi qaydaları məktuba əlavə edilməklə Sizə göndərilir.

Hesabat formaları və onların tərtib edilməsi qaydaları barədə məlumatları Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsinin “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz.

Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az), 195-1 Çağrı Mərkəzinə və Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 44, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti 276, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 10 ünvanlarında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Eyni zamanda Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə keçiriləcək növbəti görüşlərdə iştirak etməkdə maraqlı olduğunuz halda, bu barədə Bakı şəhərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya internet vergi idarəsinin (http://www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq” bölməsi vasitəsilə müraciət edərək görüşlər və onların qrafiki barədə ətraflı məlumat ala və görüşlərə yazıla bilərsiniz. Görüşlərin qrafiki barədə ətraflı məlumat Vergilər Nazirliyinin rəsmi internet saytında (http://www.taxes.gov.az/modul.php?name=elaqe&file=gorush) yerləşdirilmişdir.      

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti

Hesabatların doldurulma qaydalarını əlavə edilmiş fayllardan yükləyə bilərsiz.

                                                                                                 

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv 
Print Friendly, PDF & Email