Məcburi auditdən yayınan hüquqi şəxslərin cərimələnəcəyi təsdiqləndi.

posted in: Audit, Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikasının mövcud qanunveriviliyinin tələblərinə uyğun olaraq məcburi auditin subyekti olan hüquqi şəxslər hər il maliyyə hesabatlarının düzgünlüyünü müstəqil auditor rəyi ilə təsdiq etdirməlidirlər.

Auditdən keçməyən hüquqi şəxslərin rəhbərlərinə tövsiyyə olunur ki, 2016-cı il üzrə maliyyə hesabatlarının təxirə salınmadan müstəqil auditorun rəyi ilə təsdiq olunmasını təmin etsinlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə məcburi auditdən yayınmağa görə inzibati cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 3 may 2017-ci il tarixli 1361 nömrəli fərmanına müvafiq olaraq  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti Azərbaycan Respubikası Auditorlar Palatasına həvalə edilmişdir.

 

Mənbə: Azərbaycan Respublikası Auditorlar Palatası

Print Friendly, PDF & Email