Meksika vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

meksikaŞəxsi vergi nömrəsi (RFC).

RFC-ni (Registro Federal de Causantes) təkcə rezidentlər deyil, həm də qeyri-rezidentlər ala bilər. Bundan ötrü pasport və immiqrasiya sənədinin olması yetərlidir. Bundan sonra xüsusi arayış doldurulmalı və nömrə almaq üçün xəzinədarlığa müraciət etmək lazımdır.

Meksikada vergi ödənişləri bir xüsusiyyətə malikdir:

  • əgər, siz ilkin olaraq öz gəlirinizi meksikalı rezident kimi qeydiyyatdan keçirmisinizsə, onda sizin adınızdan vergiləri etibarnamə veridiyiniz şəxs (şirkətin özü və ya mühasibi) ödəyə bilər;
  • yox, əgər qeyri-rezident kimi qeydiyyatdan keçmisinizsə, onda bütün vergi əməliyytlarını şəxsən özünüz həyata keçirməlisiniz.
Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Rezidentlərin icarədən əldə etdikləri gəlirlərin vergiyə cəlb olunması.

Rezident icarəyə görə vergini iki üsulla ödəyə bilər:

  1. Gəlirdən 35%-dək həcmində vergi tutulması ilə bağlı arayış təqdim edilir. Bu aylıq ödənilir və bu zaman ƏDV icarəyə götürəndən tutulur. Bütün bunlar kateqoriyalar üzrə müəyyənləşdikdən sonra və bütün vergi ödənişlərinin çıxılması sənədləşdirilir.
  2. İkinci halda rezident rezident bu yığım üzrə bütün kateqoriyaları nəzərə alınmaqla, uçotu parmalıdır və bunu təsdiq edən sənədlərə malik olmalıdır:
  • Üzvlük halları və yerli vergilər nəzərə alınmaqla mülkiyyət sahibliyinə görə vergi;
  • Su təchizatı və xidmət üçün xərclərə görə ödənişlər;
  • Icarəyə verilən əmlakla bilavasitə əlaqəli işçilərin əməyinin ödənişi;
  • əmlakın sığortalanmasına görə ödənişlər.

Yaddan çıxarmayın ki, rəsmi qəbzlər və kvitansiyaların təqdim olunması məcburidir, baxmayaraq ki, onları əldə etmək elə də sadə deyil.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Meksikada digər vergi növləri.

Meksikada vergilər, gəlir və daşınmaz əmlaka görə vergilərlə məhdudlaşmır. Ölkədə həm də ƏDV yığımları və nəqliyyat vasitələrindən istifadəyə görə vergilər tutulur. Meksikada ƏDV IVA adlanır və bu vergi 16% təşkil edir. ƏDV bir çox mallara və xidmətlərə tətbiq olunur, alıcı və istehlakçılar tərəfindən ödənilir.

Nəqliyyat vasitələrinə gəldikdə, Meksika nömərli avtomobil sahibləri nəqliyyat vergisi ödəyirlər, hansı ki, avtomobil qiymətlərinin yüksəlməsini də nəzərdə tutur və yekunda hətta o, əmlaka görə vergidən belə çox ola bilər.

Bundan əlavə, faizlərdən və qiymətli kağızlardan gələn gəlirlərə görə də vergilər mövcuddur. Meksika banklarında hesabı olan və bu hesablara müntəzəm olaraq dividendlər daxil olursa, ondan da faiz gəlirlərinə görə vergi tutulur. Qeyri-rezidentlər üçün deklarasiya doldurulması tələb olunmur – çünki vergi avtomatik olaraq tutulur.

Səhmlər kimi qiymətli kağızların satışı 10%-i ötmürsə, onda bu vergiyə cəlb olunmur. Ya sövdələşmənin dəyərindən, ya da gəlirin həcmindən asılı olaraq, qiymətli kağızlara investisiya qoyuluşunu həyata keçirən qeyri-rezidentlər gəlir vergisi ödəyirlər. Bir qayda olaraq, bu 25% və ya 28% təşkil edir.

Hər bir ölkənin vergi sistemi ilə bağlı yazı hazırlayarkən, biz mühasiblərin maaşları barədə də məlumat verməyə çalışırıq. Təəsüflər olsun ki, Meksika ilə bağlı bu faktı əldə etməyə nail ola bilmədik. Amma, Meksikada bəzi sahələr üzrə əməkhaqqları barədə bilgi əldə etməyə müvəffəq ola bildik. Beləliklə, bu ölkədə müəllimlər 500-700, mühandislər 1200-1500, neft sənayesi işçiləri 2000, rabitə və energetika sahəsində çalışanlar 1500, bank əməkdaşları isə 1000 ABŞ dolları aylıq məvacib alırlar.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email