Bu halda Mənfəət yoxsa Sadələşdirilmiş vergi ödəyicisi olmalıyıq?

posted in: Xəbər | 0
birbank biznes

Normadan artıq ezamiyyə xərciBu halda Mənfəət yoxsa Sadələşdirilmiş vergi ödəyicisi olmalıyıq?


Sual: Sualım vergi qanunvericiliyinə olan yeni dəyişikliklə bağlıdır. (218.5.10 maddəsi – “vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər”). Müəssisəmiz (sadələşdirilmiş vergi ödəyicisi) xarici ölkələrdə yerləşən hüquqi və fiziki şəxslərə turizm xidmətləri göstərir, yəni onların qonaqlarını Azərbaycanda qəbul edərək turizm xidmətləri (otel, transfer və s.) göstərir. Həmin xarici hüquqi şəxslər Azərbaycan Respublikasında vergi uçotunda deyillər.

Bu halda 2019-ci ildən etibarən bizim müəssisə sadələşdirilmiş vergi ödəyicisi kimi qala bilərmi, yoxsa ƏDV ödəyicisi olmalıdır?

Cavab: Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində yalnız vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər istisna edildiyindən, qeyri-rezident şəxslərə xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Buna əsasən xarici ölkələrdə yerləşən hüquqi və fiziki şəxslərə turizm xidmətləri göstərən rezident müəssisə mənfəət vergisinin ödəyicisi olmalıdır.

Müəssisənin göstərdiyi xidmət müqabilində əldə etdiyi xidmət haqları ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda cəmiyyət növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı, göstərdiyi xidmət üzrə əldə olunan xidmət haqqından 18 faiz dərəcə ilə ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email