Əvvəlki illərin məzuniyyət məbləği 2019-cu ildə ödənilərsə vergiyə necə cəlb olunmalıdır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

mühasib məzuniyyətƏvvəlki illərin məzuniyyət məbləği 2019-cu ildə ödənilərsə vergiyə necə cəlb olunmalıdır?


Sual: Bildiyimiz kimi 2019-cu ildən etibarən özəl sektorda 8000 manata qədər əmək haqqı gəlir vergisindən azaddır. Özəl sektorda çalışan işçi 2019-cu ilin yanvar ayında işdən çıxdıqda 2017, 2018-ci illərdə istifadə etmədiyi məzuniyyət günləri hesablanarkən əmək haqqından gəlir vergisi tutulmalıdırmı?

Cavab: Fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edildiyindən işəgötürən tərəfindən ödənilən kompensasiya işçinin vergi tutulan gəlirlərinə aid edilməklə kompensasiyanın verildiyi ayda gəlir vergisinə cəlb edilir.

Buna əsasən işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya ayrı-ayrılıqda həmin illərdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq yəni, Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən 1-ci cədvələ əsasən gəlir vergisinə cəlb edilir və Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin də həmin illər üçün qüvvədə olan müddəaları nəzərə alınır.

Bax: Əmək Məcəlləsinin 140-cı və 144.2-ci  maddəsi, Vergi Məcəlləsinin 98.1-ci və 101.1-ci102.1.6-cı maddələri

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email