Məzuniyyət və əmək haqqı eyni ayda olduqda tutulmalar necə hesablanır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Məzuniyyət və Əmək haqqı eyni ayda olduqda tutulmalar necə hesablanır?

vakansiya mühasib Məzuniyyət əmək haqqıSual: Qeyri-neft sahəsində, işçinin əmək haqqı gross 6000 azn-dir. İşçi cari ayı tam işləyib, gələn ayın 1-dən 25 günlük növbəti əmək məzuniyyətinə çıxır. Bilirik ki, qeyri neft sahəsində 8000 azn-nə qədər əmək haqqı gəlir vergisinə cəlb olunmur. Cari ayın əmək haqqı və gələn ayda istifadə ediləcək növbəti məzuniyyət haqqı eyni ayda hesablanır. Toplananda 8000 azn-dən xeyli çox çıxır. Bu zaman ə/h-dan gəlir vergisi tutulurmu?
Cavab: Bildiririk ki, işçiyə verilən məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əmək haqqı ilə cəmlənərək gəlir vergisinə cəlb edilir.
Eyni zamanda 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.
Sorğunuzda qeyd olunan halda, işçinin növbəti ay üçün əmək haqqı və həmin ay üçün hesablanmış məzuniyyət haqqı cəmlənərək 8000 manatdan artıq olan hissəsindən 14 faiz dərəcə ilə gəlir vergisi tutulur.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddəsi.
Mənbə: taxes.gov.az

Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email