Mikro sahibkarlıq subyekti əmlak vergisindən azaddırmı?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Baş mühasibSual: ƏDV ödəyicisi olan hüquqi şəxsin 1.500.000 manat dəyərində əsas vəsaiti (qeri-yaşayış sahəsi) var. Hüquqi şəxs gəlirini tamamilə həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə edir və illik gəliri 200.000 manatdan aşağıdır. İşçilərini sayı 5 nəfərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən hüquqi şəxs mikro sahibkarlıq subyekti olur. Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən bu hüquqi şəxs əmlak vergisindən azaddırmı?


Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?

Cavab: Bildiririk ki , Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.

Eyni zamanda Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar. Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan müəssisə aidiyyatı vergi güzəştləri əldə edə bilər.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email