3 ay ərzində milyarderlər 402 milyard dollar sərvət itiriblər

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

3 ay ərzində milyarderlər 402 milyard dollar sərvət itiriblər


milyarderlər, sərvət, Amazon şirkətinin qurucusu Jeff Bezos, yenə də Forbes jurnalı tərəfindən hər il tərtib edilən dünyanın ən varlı adamlarının siyahısına başçılıq edir. Bezos bu siyahıda sərvətinin həcmi 100 milyard dolları ötən yeganə biznesmendir. 7 aprel 2020-ci il tarixində onun şəxsi kapitalı 113 milyard dollar həcmində dəyərləndirilib.

İkinci sırada mart ayının ortalarında Microsoft şirkətinin direktorlar şurasını tərk edən sözügedən şirkətin qurucusu Bill Gates qərar tutub. Onun sərvəti 98 milyard dollar həcmindədir.

Üçüncü yeri 76 milyard dollar vəsaitlə Avropanın ən varlı adamı, Louis Vuitton Moet Hennessy (LVMH) şirkətlər qrupunun rəhbəri Bernard Arnault tutur. Maraqlıdır ki, bir neçə ay bundan əvvəl o, dünyanın ən varlı adamları siyahısına başçılıq edirdi. Koronovirus pandemiyası dövründə ən çox sərvət itirən də məhz, o olub. Milyarder səhmlərin qiymətdən düşməsi səbəbi ilə 30 milyard dollarından olub.

Liderlər onluğuna həmçinin 67,5 milyard dollarla sərmayəçi Warren Buffett; 59 milyard dollarla Oracle şirkətinin banisi Larry Ellison; Bershka, Zara, Massimo Dutti və digər brendlərin daxil olduğu İnditex-in rəhbəri Amancio Ortega (55,1 milyard dollar); Facebook təsisçisi Mark Zuckerberg (54,7 milyard dollar) də daxildirlər.

Liderlər onluğunu isə Walmart-marketlər şəbəkəsinin banisi Sam Walton-un uşaqları qapadırlar. Onun kiçik oğlu Jim-in varidatı 54,6 milyard, qızı Alice-in 54,4 milyard, böyük oğlu Robson-un isə 54,1 milyard dollar sərvəti var.

Ümumiyyətlə, reytinq siyahısına 2095 biznesmenin adı düşüb. Onların ümumilikdə sərvəti 8 trilyon dollar həcmində dəyərləndirilir.

Yeri gəlmişkən, koronavirus pandemiyası dövründə dünyadakı milyarderlərin sayı 20% azalıb. Ümumilikdə milyarderlər 2020-ci ilin yanvar-mart ayları ərzində 402 milyard dollar sərvət itiriblər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email