Obyektlərdə milyonlarla manat vergidən yayınma halı aşkarlanıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Obyektlərdə milyonlarla manat vergidən yayınma halı aşkarlanıb.


Vergi və sahibkar münasibətləri təmiz səhifədən başlamalıdır. Bu gün dövlət-biznes münasibətlərində yeni bir mərhələ start götürüb. Vergi qanunvericiliyində ciddi dəyişikliklər edilib.

Bunu vergilər naziri Mikayıl Cabbarov bu gün keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda konfransda söyləyib.

Nazirin sözlərinə görə, 2019-cu ildə qarşıda duran hədəflərin mühüm bir hissəsi vergi sistemi ilə bağlıdır və verginin iqtisadi tənzimləmədə rolu artıb.


Mikayıl Cabbarov – “Yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq”

“Şəffaflığın təmin edilməsi istiqamətində yeni yanaşmalar işgüzar mühitdə yeni gözləntilər yaradır. Bu transformasiya dərhal baş vermədi və təbii ki, zaman tələb olunurdu”, – deyən Mikayıl Cabbarov ədalətli biznes mühitinin yaradılması üçün səylərin gücləndiyini vurğulayıb.

“Elə bir vəziyyət yaranmışdı ki, intizamlı işləmək istəyən şirkətlər bazar paylarını itirməklə üzləşirdilər. Kölgə iqtisadiyyatı, uçotun olmaması vəziyyəti pisləşdirmişdi. 2018-ci ildə kölgə iqtisadiyyatımın səviyyəsinin azaldılması üçün uçot sistemi ilə bağlı işlərimiz bəzən müqavimətlə və bir günlük şirkətlərin yaradılması halları ilə belə qarşılaşdı. Bunların aradan qaldırılması üçün görülən işlər artıq öz müsbət nəticəsini verməyə başlayıb. Şəffaflıq iqtisadiyyatı rəqabətqabiliyyətli edir, ona görə də haqsız rəqabətin qarşısının alınması üçün lazım olan addımları atırıq”.

Nazir bildirib ki, hökumətin qarşısında iki yol olub: vergi yükünün artırılması yolu ilə daxilolmaları yüksəltmək və ya vergi yükünün azaldılması ilə kölgə iqtisadiyyatında qalan subyektləri dövriyyəyə cəlb etmək.


Telegram qrupumuza üzv olun

Azərbaycan hökuməti isə bu iki ssenaridən ikincini seçib. 2019-cu ildə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində işlərin davam edəcəyini qeyd edən nazir 2018-ci ildə aparılan yoxlama zamanı ortaya çıxan rəqəmləri açıqlayıb:

“İri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon manat, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındırılma halı aşkarlanıb. Bunlar hələ vergi yoxlamasına cəlb edilənlərdir”.

M.Cabbarovun fikrincə, 2019-cu ildə bəyan edilən dövriyyələrin sayı və daxilolmaların həcmi artıb:

“Sənədləşməni tam yoluna qoya bilsək, iqtisadiyyatın ağarması baş verəcək, bu isə ədalətli biznes mühiti yaradacaq”.

Mənbə: fed.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email