Minimum əmək haqqı ilə orta əmək haqqı arasında nisbət artmalıdır

posted in: Xəbər | 0

vergidən azadolmalarMinimum əmək haqqı ilə orta əmək haqqı arasında nisbət artmalıdır.

“Azərbaycanda 3 milyon işçi var, fiziki şəxslərdən cəmi 1,6 milyonu müqavilələr bağlayır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində komitə sədri Ziyad Səmədzadə deyib.

Onu sözlərinə görə, müqavilələrin, işgüzar münasibətlərin genişlənməsinə diqqət ayrılmalıdır.

“Ölkədə minimum əməkhaqqı artırılaraq 180 manat təşkil etdi. Təbii ki, minimum əmək haqqı ilə orta əmək haqqı arasında nisbət artmalıdır.

Heç şübhəsiz ki, orta əmək haqqı artmalıdır. Gəlirlərin diferensasiyasını təhlil edək ki, bir sıra sahələrdə əməkhaqqı daha yüksəkdir və ya aşağıdır. Burada bir tənzimləmə olsun. Büdcədən ayrılan xərclərin sosial nəticələri qiymətləndirilməlidir, amma eyni zamanda görülən işləri qiymətləndirməliyik.

Ölkə başçısı da bildirib ki, bizim büdcə sosialyönümlüdür. Həm də investisiyayönümlüdür. Ümumiyyətlə, belə bölünmə, bəlkə də, gələcəkdə lazım deyil. Amma bunu deməliyik. 15 min km yol çəkmişik. Çəkməyəydik? Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi üçün Beynəlxalq Valyuta Fondu bizə kredit ayırmadı. Biz Azərbaycan Dövlət Neft Fondundan bu vəsaiti cəlb etdik. Türkiyəyə 700 milyon dollardan artıq, İrana da həmçinin kredit ayırdıq. Biz bunları Azərbaycanın nüfuzu, təhlükəsizliyi artsın deyə etdik”, – deyə Z.Səmədzadə əlavə edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *