MMC-lər üçün audit məcburidir?

posted in: Audit, Xəbər | 0
birbank biznes

Sual: Vergi Məcəlləsinin 16.1.4-cü maddəsində (16.1.4. vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını, habelə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayışı təqdim etmək) qeyd olunan tələb “Məhdud Məsuliyyətli Cəmiyyət” lərə münasibətdə məcburi xarakter daşıyırmı? Əvvəlcədən təşəkkür edirik.

Cavab: Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).

Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır.

Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Qeyd olunan məsələ barədə əlavə məlumat əldə etmək üçün aidiyyəti üzrə Auditorlar Palatasına müraciət etməyiniz tövsiyə olunur.

Bax: Mülki Məcəllənin 91.4-cü maddəsi.

Bax: Vergi Məcəlləsinin 218.1.2-ci və 220.1-1.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email