Müavinət məbləğini ƏDV bəyannaməsində necə göstərməliyik?

posted in: Müavinət, Vergi, Xəbər | 0
birbank biznes

                                                    Müavinət məbləğini ƏDV bəyannaməsində necə göstərməliyik? (EDV, ƏDV müavinət məbləği)

Müavinət


Sual: Bilirik ki, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət və qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisindən azad olunur.
Sualım belədir: Həmin müavinət məbləğləri ƏDV bəyannaməsində (muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması bölməsində) və muzdlu işlə əlaqədar ÖMV bəyannamələrində əks edilməlidirmi?
Cavab: Bildiririk ki, hamiləliyə və doğuma görə müavinət muzdlu işlə əlaqədar alınan gəlirin tərkib hissəsi kimi “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 330-cu və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 901-ci sətrində, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət müavinəti kimi isə aylıq gəlirin həcmindən asılı olaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 901.2.2.3-cü və ya 901.3.2.3-cü sətrində əks etidirilməlidir.
Bax: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununun 6-cı maddəsi və Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Müavinət məbləği ƏDV EDV
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *