Sual: Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Qeyd olunan müavinətdən gəlir vergisi tutulur? Əgər tutulmursa zəhmət olmasa nəyə əsasən tutulmadığını yazın.
Cavab: Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Mənbə: taxes.gov.az
Nadir
Ştatların ixtisarına görə verilən orta əmək haqqının 1,7 mislindən vergi tutulurmu?