fbpx

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən hesablanmış gəlir vergisini DSMF yoxsa Şirkət ödəməlidir?

posted in: Xəbər | 1
birbank biznes

Baş Mühasib VakansiyaSual: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən hesablanmış gəlir vergisini DSMF yoxsa Şirkət ödəməlidir? (gəlir vergisi)

Cavab: Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirməsinə görə 14 gün üçün işəgötürənin öz vəsaiti hesabına ödənc həyata keçirdiyi halda, həmin ödəncdən gəlir vergisini tutaraq, müvafiq qaydada muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına verməyə borcludurlar.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 14 gündən artıq olan günlər üçün ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən, fond tərəfindən həmin ödənişlər üzrə gəlir vergisi hesablanmalı, hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməli və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Göründüyü kimi, işçiyə xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hər ay üzrə hesablanaraq ödənilən müavinətlər muzdla işləyən işçinin muzdlu işlə əlaqədar alınan aylıq gəlirinə aid edilməli və işçinin həmin aylardakı aylıq gəlirinin ümumi məbləğindən hər bir ay üzrə (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanaraq ödənilən müavinətlər də daxil olmaqla) ayrılıqda Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən cədvələ uyğun olaraq Vergi Məcəlləsinin 102-ci maddəsində güzəşt və azadolmalar nəzərə alınmaqla işəgötürən tərəfindən ödəmə mənbəyində gəlir vergisi hesablanaraq tutulmalı, müvafiq qaydada bəyan edilməklə növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməlidir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə əmək haqqının hesablanması barədə daha ətraflı məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumatı isə Vergilər Nazirliyinin (195-1) nömrəli Çağrı Mərkəzinə müraciət etməklə əldə edə bilərsiniz.

Mənbə: vergiler.az


Bax: Ödəniş 30 gün ərzində hissə-hissə ödəndiyi halda 166-cı maddənin izahı


Print Friendly, PDF & Email

  1. Leyla Thirova
    |

    Salam Sizə belə bir sualım var. İşçi 2018 ci ilin mart ayından 2019 cu ilin oktyabr ayına gədər işləmişdir. il ərzində ona 21təqvim günü məzuniyyət verilməlidi. 2019 cu ilin sentyabr ayında yalnız 15 günlük ödənişlə məzuniyyətə çıxıb. Oktyabr ayında işdən azad olmaq üçün öz xahişi ilə əmək müqavilləsinə xitam verilib. Həmin işçiyə necə və neçə gün hesab olunmalıdı

error: Content is protected !!