Müddətli əmək müqaviləsinin ləğv edilməsi qaydası

posted in: Xəbər | 0
birbank biznes

Əmək müqaviləsinin ləğvi səbəbləri

İşçi və işəgötürən arasında əmək münasibətlərini tənzimləyən  əmək müqaviləsi müddətli yaxud müddətsiz olaraq bağlanılır (AR Əmək Məcəlləsi, maddə 45). Təbii ki, müəyyən şərtlər daxilində müddətsiz yaxud müddətli əmək müqaviləsinə xitam verilə bilər.

Əmək müqaviləsinin ləğvi üçün əsas verən səbəblər Məcəllənin 69-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə bu səbəblər aşağıdakılardır:

  • işçi yaxud işəgötürən tərəfindən;
  • əmək müqaviləsinin müddətinin bitməsi;
  • mülkiyyətçi dəyişdikdə;
  • əmək şəraiti üzrə şərtlərdə dəyişiklik;
  • tərəflərdən asılı olmayan hallar;
  • əmək müqaviləsində nəzərdə tutulmuş başqa hallar.

Müddətin bitməsi ilə bağlı müddətli əmək müqaviləsinə xitam verilə bilər.

Muhasibat.Az-ın “Əmək müqaviləsinə xitam” bölməsində qeyd edilən səbəblər haqqında ətraflı məlumat verilib.

Müddətli əmək müqaviləsi

Müddətli əmək müqaviləsi işçi və işəgötürən tərəfindən dəqiq müəyyən edilmiş müddətə imzalanmış sənəddir.

Müddətli əmək müqaviləsi o zaman bağlanır ki, görüləcək işin xarakteri və ya onun yerinə yetirilməsi şərtləri nəzərə alınmaqla əmək münasibətləri qeyri-müəyyən müddətə yaradıla bilməz. Buna görə də, müddətli əmək müqaviləsi tərtib edilərkən, əmək münasibətlərinə xitam verildiyi tarix göstərilməlidir.

Adətən işəgötürənin təşəbbüsü ilə bağlanan müddətli əmək müqaviləsi 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Onun bağlanması üçün əsas şərt işin daimi xarakterə malik olmamasıdır.

Müddətli əmək müqaviləsi bağlanan hallar haqqında Mühasibat.Az-ın eyni adlı məqaləsindən ətraflı məlumat almaq olar.

Müddətli əmək müqaviləsinin ləğvi

Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilməsi qaydalarını müəyyən edir. Həmin maddəyə görə belə müqaviləyə müddət bitdikdən sonra xitam verilir. Müddət başa çatdıqdan sonra 1 təqvim həftəsi ərzində tərəflərdən biri müqaviləyə  xitam verilməsini tələb etmirsə və işçi işləməyə davam edərsə, müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli müqavilənin ləğvi zamanı  ƏM-sinin 71-ci maddəsində nəzərdə tutulan əlavə təminatlar və qaydalar tətbiq edilmir.

Əgər müqavilənin müddəti işçi xəstələndikdə, yaxud da ezamiyyət və məzuniyyətdə olduğu dövrdə bitmiş olarsa, aşağıdakı şərtlərə riayət olunmalıdır:

  • müqaviləyə yalnız işçi işə qayıtdıqdan sonra xitam verilə bilər;
  • həmin müqaviləyə işəgötürənin müəyyən etdiyi gündə xitam verilməlidir, lakin bir şərtlə ki, işçinin işə çıxdığı gündən 1 təqvim həftəsi keçməmiş olsun.

Bu qayda AR ƏM-in  179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əməkhaqqı saxlandığı hallara da aiddir.

Müddətli əmək müqaviləsinə xitam verilməsi üçün digər səbəbləri

İşçi və işgötürən arasında bağlanmış müddətli əmək müqaviləsinin ləğvi işçinin yaxud işəgötürənin təşəbbüsü ilə də baş tuta bilər. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi Məcəllənin 69-cu maddəsinə uyğun aparılır.

İşəgötürənin təşəbbüsü ilə müqavilənin ləğvi müddətsiz əmək müqaviləsinin ləğvi kimidir, yəni işəgötürən əmək müqaviləsini öz istəyinə görə ləğv edə bilməz. Bu zaman Məcəllənin 70-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.

Məsələn, müəyyən şərtlər daxilində (işdə sərxoş vəziyyətdə görünmə, işə gəlməmə və s.) işəgötürən tərəfindən müddətli əmək müqaviləsinin vaxtından əvvəl ləğvi qanuni olacaqdır.

Müqaviləyə xitam verilməsinin qanuniliyini sübut etmək üçün menecer işçi tərəfindən yol verilən hər bir pozuntunu qeyd etməli, intizam tənbehi verilməsi üçün müddətlərə və tələblərə əməl etməlidir.

İşçilərin işdən çıxarılmasını qadağan edildiyi hallara xüsusi diqqət yetirilməlidir. Kadr uçotu üzrə sənədlərin qanunauyğun aparılması üçün vaxtınız yoxdursa, bəzi sənədləşmə işlərini və ya gündəlik işləri autsorsinq mütəxəssislərinə həvalə edin.

Accounting.Az konsaltinq şirkətinin əməkdaşları sizin sənədləşmə işləri ilə məşğul olacaqlar: onlar müqavilələrin tərtib edilməsi, maaşların hesablanması, işçilərin işdən çıxarılması və kadr uçotu üzrə digər işlərin aparılmasında sizə yardımçı olacaqlar.

Müqavilənin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

AR ƏM-in 80-ci maddəsində işəgötürənin istər müddətsiz, istərsə də müddətli əmək müqaviləsinin ləğvi zamanı əldə etməli olduğu razılaşmalar təsbit olunub. Belə ki:

Məcəllənin 70-ci maddəsinin b) (işçilərin sayı və ya ştatları ixtisar edildikdə)ç) (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə 72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

Bunun üçün işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına müvafiq əsaslandırma sənədləri əlavə etməklə yazılı təqdimatla müraciət edir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində əmək müqaviləsinə xitam verilməsi haqqında özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

Digər hallarda işəgötürənin təşəbbüsü ilə həm müddətsiz, həm də müddətli əmək müqaviləsinin ləğvi zamanı həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınmasına ehtiyac yoxdur.

Print Friendly, PDF & Email