Müddətsiz əmək müqaviləsi birtərəfli qaydada müddətli müqavilə ilə əvəzlənə bilərmi?

birbank biznes

Əmək müqavilələriMüddətsiz əmək müqaviləsi birtərəfli qaydada müddətli müqavilə ilə əvəzlənə bilərmi?


Əgər işçi ilə bağlanmış əmək müqaviləsində bu müqavilənin hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsizdir. Müddətsiz əmək müqaviləsi isə hər iki tərəfin (işəgötürənin və işçinin) razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəzlənə bilməz.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı təşkil etdiyi maarifləndirmə tədbirində vurğulanıb. Tədbirdə əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirildiyi və bu müqavilələrin işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı qeyd olunub. Tədbirdə işçilərlə əmək müqaviləsi olmadan həyata keçirilən əmək münasibətlərinin işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu, belə halların vergi və sosial sığorta daxilolmalarına da ciddi ziyan vurduğu bildirilib.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email