ƏDV-dən azad əməliyyatlar aparan müəssisənin ƏDV əvəzləşməsi necə olur?

posted in: Vergi, Xəbər | 1
birbank biznes

          Əlavə Dəyər Vergisindən azad əməliyyatlar aparan müəssisənin ƏDV əvəzləşməsi necə olur? (EDV)


ƏDV əvəzləşməsi


Sual: Kənd təsərrüfatı müəsisəsi hüquqi şəxsdir və Əlavə Dəyər Vergisindən azad əməliyyatlar aparır. Kənd təsərrüfatı məhsulları istehsal edib satır. Digər Əlavə Dəyər Vergisi ödəyicisindən Əlavə dəyər vergisi ödəməklə Ofis malları, avadanlıq, kommunal xidmətlər alır. Kənd təsərrüfatı müəssisəsi ödədiyi ƏDV-ləri əvəzləşdirə biləcək?

Ümumiyyətlə əvəzləşmə prosesi necə olacaq? Aldığı ƏDV-li malın dəyərini ödəyərkən ödənişi necə edəcək, yəni ƏDV-ni qarşı tərəfin depozit hesabına əsas məbləği bank hesabına ödəyəcək yoxsa hər iki məbləği (əsas və Əlavə Dəyər Vergisin) bank hesabına ödəyəcək?

Cavab: Bildiririk ki , Əlavə Dəyər Vergisindən azad olunan, yaxud Əlavə Dəyər Vergisinə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş Əlavə Dəyər Vergisin məbləği əvəzləşdirilmir. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin  175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən Əlavə Dəyər Vergisinin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə Əlavə Dəyər Vergisinin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Bax: Vergi Məcəlləsinin  175.1-ci və 175.6-cı maddələri.

Mənbə: taxes.gov.az


Print Friendly, PDF & Email

  1. Vüqar
    |

    Əvəzləşdirilməyən ƏDV məbləği xərcə silinir yoxsa malın dəyərinə əlavə olunur?