“Muğanbank” ASC “Muganbank Maliyyə – Hub” layihəsini açıqladı

posted in: Xəbər | 0

“Muğanbank” Açıq Səhmdar Cəmiyyəti artıq bir müddətdir mətbuatda müzakirə olunan “Muganbank Maliyyə – Hub” layihəsinin şərtlərini açıqladı. Yeni layihə kiçik və orta sahibkarlara hərtərəfli dəstəyi özündə ehtiva edən bir ekosistem olacaq. Müxtəlif tərəfləri özündə birləşdirəcək FinHub layihəsi Hub daxilində şirkətlərin sərfəli şərtlərlə öz bizneslərini inkişaf etdirməyinə xidmət edəcək. Belə ki, “Muğanbank” ASC Hub yaradıcısı olaraq, bu ekosistemin çalışmasını təmin edəcək, hub üzvləri arasında qarşılıqlı faydalı biznes əlaqələrinin qurulması üçün öz dəstəyini göstərəcək. Ən əsası isə Hub yaradıcısı olaraq Muğanbank, “Maliyyə Hub”-a  qoşulmuş fiziki şəxs sahibkar və hüquqi şəxslərə dövriyyələrindən asılı olaraq aylıq əsasda maliyyə dəstəyi göstərəcək.

“Muganbank Maliyyə – Hub”-ın əsas üstünlüklərindən biri də “FinHub”-a qoşulmuş üzvlərə bir aydan üç aya kimi ödənişsiz maliyyə-mühasibat xidmətlərinin göstərilməsidir. Ödənişsiz maliyyə xidmətlərinin müddəti vergi ödəyicisinin növündən asılı olaraq aşağıdakı qaydada dəyişəcək.
  • Fiziki şəxs sahibkarlar – 3 ay
  • Hüquqi şəxslər (mənfəət və ya sadələşdirilmiş vergi ödəyiciləri) – 2 ay
  • Hüquqi şəxslər (ƏDV ödəyiciləri) – 1 ay

Bundan əlavə FinHub layhəsi çərçivəsində startaplara xüsusi dəstək nəzərdə tutulur. Belə ki, fəaliyyətin ilk illəri startaplar üçün həyatda qalmaq dövrü hesab olunur. Bu baxımdan, FinHub layihəsinə qoşulan startaplara (fəaliyyəti iki ildən az olan şirkətlərə) həm maddi, həm də endirimlər baxımından özəl dəstək göstəriləcək. Eyni zamanda startaplar FinHub üzvləri arasında öz bizneslərini inkişaf etdirmək, netvorkinq, təqdimatlar və s. kimi üstünlüklərdən istifadə edə biləcəklər.

Ümumilikdə, “Muganbank Maliyyə-Hub” barədə ətraflı məlumatı əldə etmək, eləcə də qoşulmaq üçün “Muğanbank” ASC-nin rəsmi internet səhifəsinə (www.muganbank.az) daxil ola  bilərsiniz.

Qeyd edək ki, “Muğanbank” ASC -nin təqdim etdiyi “Muganbank Maliyyə-Hub” layihəsi ölkədə bir ilkdir. Eyni zamanda,“Muğanbank” ASC tərəfindən yaradılan ekosistemin pandemiya dövründə kiçik və orta sahibkarlara mühüm dəstək olacağı gözlənilir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *