Vakansiya: Mühasib – Baku Business Consulting MMC

birbank biznes

mühasib, vakansiya, Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Baku Business Consulting MMC.

Vakansiya barədə məlumat

Şirkət haqqında

Baku Business Consulting MMC 2014-cü ilin noyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq, insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

– Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması

– Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması

– Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi

– İdxal olunmuş malların maya dəyərinin hesablanması

– Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması

– Gəlir və xərc sənədlərinə nəzarət edilməsi

– Vergi hesabatlarının hazırlanması

– Maliyyə hesabatlarının hazırlanması

– Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması

– Statistika hesabatlarının hazırlanması

İş şərtləri

– İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 09:30-dan 13:00-dək

Mühasib üçün tələblər

– 1C və BTP proqramlarında sərbəst şəkildə işləmək

– İnternet vergi idarəsi, elektron hökumət portalı və internet banking -də işləmək

– Vergi və maliyyə hesabatlarını hazırlanmaq

– Vergitutma və Mühasibat uçotunun məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması haqqında qanunvericilik normalarını bilmək

– Məcburi dövlət sosial sığorta haqqı hesabatlarını hazırlanmaq

– Statistika hesabatlarını hazırlanmaq

– Məsuliyyətli olmaq

– İşgüzar etiket qaydalarına riayət etmək

– İşçi heyəti ilə düzgün münasibətdə olmaq

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email