Mühasib – dahi ünsiyyətçidirmi? (2-ci hissə)

birbank biznes

“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

2-ci hissə

Bu keyfiyyətlər də ziddiyyət təşkil etmir, bir-birinə uyğun gəlir və onları mənimsəyən insanlar az deyil. Lakin problemlər birinci və ikinci qrup keyfiyyət xüsusiyyətlərinin bir şəxsdə cəmləşməsi zamanı üzə çıxır, belə ki, bu keyfiyyətlərin bəziləri bir-biri ilə qarşılıqlı konfliktdə olur.

Məsələn, işləri dəqiq yerinə yetirmə keyfiyyəti təşəbbüskarlıq və şəxsən qərar qəbul etmə bacarığı ilə uyuşa bilmir, çalışqanlıq və konsentrasiya isə adətən ünsiyyətcil adamlara xas olmayan keyfiyyətlərdir.

Müxtəlif səviyyələrdən olan mühasiblərlə ünsiyyət təcrübəsi göstərir ki, onların böyük əksəriyyəti üçün işdə ən böyük mürəkkəbliklər elə kommunikasiya məsələləri ilə bağlı ortaya çıxır. Dəqiqliyi sevən və aydın strukturlu mühasiblərə emosional, qeyri-stabil əməkdaşlarla işləmək xüsusilə çətinlik yaradır, dəqiqliyi sevməyən, işində ardıcıl olmayan, şəxsi motivlərini xidməti münasibətlərə daşıyan insanları “həzm etmək” elə də asan olmur. Amma, bu ünsiyyətdən qaça bilməzsən, şirkətlərdə həmişə belə insanlar olur və bu heç də o demək deyil ki, onlar pis işçidilər.

Sadəcə həmin şəxslər digər vəzifələri yerinə yetirirlər, hansı ki, onların həlli emosionallıq, spontanlıq və qeyri-standart düşüncə tələb edir. Və bu əməkdaşların məlumatla əlaqəli mühasibatlığa çıxışları adətən gərgin alınır.

Fərqli və mürəkkəb insanlar, müxtəlif  əlaqəli xidmətlərdə çalışan əməkdaşlar, tabelikdə olanlar və rəhbərliklə, eləcə də nəzarət və yoxlama xidmətlərini həyata keçirən orqanlarla motivasiyalı, aydın və qarşılıqlı əlaqəni necə təşkil etməli? Emosionallığı necə cilovlamalı, zamanı lazımsız mübarizəyə sərf etməmək üçün onu necə qorumalı, resursları necə müdafiə etməli və iş yerində necə zərbə almamalı?

Çoxsaylı araşdırmalar göstərir ki, sabit ünsiyyət sahəsində çalışan bir şəxsin uğurlarının 80% onun ünsiyyət qabiliyyətinə əsaslanır.

 

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email