Mühasib – dahi ünsiyyətçidirmi? (4-cü hissə)

“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

4-cü hissə

İş ondadır ki, ünsiyyət qurmaq praktiki və fərdi bacarıqdır. Hər bir insan şəxsi psixoloji struktura malikdir və onun başqaları ilə ünsiyyət qura bilmək strategiyası da fərdilik təşkil edir və bu nə qədər çox olarsa, digərləri ilə uğurlu münasibətlər qurması bir o qədər yaxşı alınar. Bu bacarığın təkmilləşdirilməsinin ən etibarlı üsulu treninqlərdir. Məhz, bu cür praktiki tətbiq, insanın bu sahədə zəiflikləri və nöqsanlarını üzə çıxarmağa kömək edir, münasibət qurmaqda çətinlik yaşadığınız adamları müəyyən etməyə imkan verir, gərginliyin azaldılması və ünsiyyətdə qoyulan məqsədə çatmaq üçün optimal taktikanın seçilməsinə yardım edir.

Etiraf etnək lazımdır ki, bir çox mühasiblər treninqlərin formatını çətinliklə qəbul edir – bu praktiki etüdlərdən ibarət, davranışların xüsusiyyətləri və səbəblərin təhlilindən ibarət vərdiş etmədiyiniz qeyri-adi öyrənmə formasıdır.  Bu yolda iştirakçıları bir çox qeyri-adi yeniliklər gözləyir.

Psixoloqların ən optimist dəyərləndirmələrinə görə, şəxsiyyətin dərketmə  payı cəmi 10-12% təşkil edir – yerdə qalanı şüuraltı məskən salıb. Bizim sözlərimiz və hərəkət və fəaliyyətimiz məhz, şüuraltı pay tərəfindən idarə olunur ki, biz də nəticədə belə deyirik: “Görəsən, o məndə nə görüb?” “Niyə mən yenidən buna razılaşdım?” “Neçə dəfə özümə söz vermişdim ki, bir də belə etməyəcəyəm…”

Hər birimiz bu siyahını çox uzada bilərik. Doğrudanmı, hər şey bu qədər ümidsizdir? Heç də yox. Sən demə, bizim vərdiş etdiyimiz diskomfort reaksiyalarımız, digər insanlara qarşı ibtidai uyğunlaşma və özünümüdafiə reaksiyalarının nəticəsi olaraq ortaya çıxır. Qrupda fəaliyyət zamanı bu strategiyaların müəyyən edilməsi və transformasiyası – bu, kommnikativlik bacarıqlarının yaxşılaşdırılmasına aparan ən əsas yoldur.

Və bu zaman gərək təkcə standart davranış vərdişlərini mənimsəməklə kifayətlənməyəsən, həm də dərin, fərdi əks əlaqə qurmağı öyrənəsən. Bu o zaman mümkün olur ki, treninqləri müvafiq mütəxəssislər, bütöv komanda aparır: mühasibatlıq peşəsinin spesifikliyini bilən biznes-məşqçi və təcrübəli psixoloq.

 

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *