Mühasib fırıldaqları (11-ci sxem)

birbank biznes

MühasibMühasibatlıq – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan da çəkinmirlər.

Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının nəbzini öz əllərində məhz, mühasiblər tuturlar.

Bu bölmədə biz mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

11-ci sxem.

Mühasib xidməti bankın dəyişdirilməsində təkid edir

Olur ki, mühasib öz maliyyə  vəziyyətini xidməti bankın dəyişdirilməsi yolu ilə də yaxşılaşdırmağa cəhd etsin. Mümkündür ki, buna heç obyektiv zərurət də olmasın.

Bəzən iri müəssisələrin baş mühasibinə hər hansı bir bankın nümayəndəsindən də belə bir təklif gələ bilər. Onların məntiqi aydındır – böyük dövriyyəyə malik müştərilərin və pul qalıqlarının banklarında olması, həmin banka xeyli fayda gətirir. Belə müştəriləri əldə etmək üçün həmin banklar hətta müəyyən xərclərə getməyə də razı olurlar. Bu vəsaitlər isə bir qayda olaraq həmin müəssisə və ya şirkətlərin baş mühasiblərinə çatır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sadə dillə desək, şirkət rəhbərliyini daimi xidmət üçün bankın dəyişdirilməsinə inandıra bilən mühasib, buna görə müəyyən miqdarda pul alır. Çox vaxt pulun bir hissəsi avans kimi verilir, yerdə qalan pul məbləği isə baş mühasibə bankın dəyişdirilməsi baş tutduqdan sonra ödənilir.

Burada müxtəlif sxemlərdən istifadə olunur. Mümkündür ki, bank müəssisəyə əlverişli şərtlərlə ssuda təklif etsin. Danışıqlar əsasən mühasiblə aparılır. Sonra mühasib direktora deyir ki, tanışlıq vasitəsilə yaxşı şərtlərlə ssuda almaq mümkündür, təbii ki, bu zaman müəyyən məbləğdə pul sərf etmək lazım gələcək. Ssuda şərtlərinin cəlbediciliyi direktoru buna razı salır. Mühasib bu “əməliyyatdan” özünə çatası məbləği götürür və ssudanın alışını həmin bankda rəsmiləşdirir.

Bir neçə aydan sonra direktorla dostcasına söhbət zamanı mühasib bildirir ki, ssuda lap yerinə düşüb, digər banklarla müqayisədə bu bank çox əla müəssisədir və s. Öz işini bilən mühasibdən ötrü buna görə arqumentlər tapmaq və onları əsaslandırmaq, elə də çətinlik törətmir. Bunları dinləyən direktor belə qənaətə gəlir ki, hazırda müəssisənin hesabı olan bankda vəziyyət elə də yaxşı deyil və müəssənin maraqları təcili şəkildə xidməti bankın dəyişdirilməsini tələb edir.

Həmçinin bax: Ən səs-küylü maliyyə qalmaqalları (1-ci hissə)

Bu yolla bank öz istəyinə çatır – əlverişli müştəri əldə edir. Amma, hamıdan çox təbii ki, buna hiyləgər mühasib sevinir, çünki o direktorunu belə demək mümkünsə həm barmağına dolamağı bacarmış, həm də iri həcmdə pul “mükafatı” qazanıb.

Çox vaxt baş mühasibin özü sərbəst şəkildə bankın dəyişdirilməsi yolu ilə əlavə gəlir əldə etmək istəyir. Əgər, şirkət möhkəm şəkildə ayaqda durursa və dövriyyəsi də pis deyilsə, xidməti bankın dəyişdirilməsi məsələsi çox mürəkkəb bir işə çevrilir. Mühasib banklardan birinin rəhbərinə zəng edib işlədiyi müəssisənin xidməti bankı dəyişdirmək arzusunda olduğunu çatdırır. Ardınca da həmin bankın nümayəndəsi ilə şəxsən görüşür və söhbət əsnasında bir neçə mübahisəli məqamları qeyd edir, amma söz verir ki, bu məqamları aradan qaldıra bilər və gələcəkdə işlədiyi müəssisənin, məhz, sözügedən bankı seçəcəyinə bir növ vəd verir. Təbii ki, bununla həm də özünün müəyyən miqdarda qazanc əldə etmək istəyini büruzə verir…

Əgər, birinci bankla bu “alış-veriş” baş tutmursa, başqa bir banka üz tutur. Belə ki, bu cür gözəl dövriyyəsi olan bir müştəri istənilən bankın diqqətini özünə cəlb edir. O səbəbdən, müəssisə rəhbəri belə məsələlər zamanı çox ayıq-sayıq olmalı, bu tip maxinasiyaların qarşısını almaqdan ötrü iradə göstərməyi bacarmalıdır. Çünki, belə vəziyyətlərdə mühasiblər yalnız öz tamahları ilə hərəkət edirlər, onlar ən az elə müəssisənin maraqları barədə düşünürlər.

Məqalənin 10-cu hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email