Mühasib fırıldaqları (16-cı sxem)

birbank biznes

Mühasib fırıldaqlarıMühasib fırıldaqları (16-cı sxem)

Yoxlayıcı orqanlarla ünsiyyət zamanı mühasib necə fayda götürə bilir?

Bəzən mühasib vergi müfəttişliyi və digər fiskal orqanlarala qarşılıqlı münasibətlərdən də faydalanmaq imkanı tapa bilir. Çox vaxt mühasib bu orqanların əməkdaşları ilə sövdələşməyə də gedə bilir.

Təcrübədə bu necə baş verir? Mühasib müəssisənin rəhbərinə xəbər verə bilər ki, “vergidəki öz adamı” ona müəssisədə kompleks yoxlama keçiriləcəyi barədə məlumat ötürüb. Bu yoxlama isə heç yerinə düşməyib, belə ki, qısa vaxt ərzində müəyyən şeyləri səhmana salmaq real deyil: bütün sənədlərin təftişi, şübhəli görünən sövdələşmələri sənədlərlə təsdiq etmək (bunları etmək isə çox zəruridir), vergi orqanları ilə sənədləri tutuşdurmaq və lazım gəldikdə vergini və peniyaları ödəmək və s.

Mühasib vergi orqanında olan tanış şəxslə hətta görüş belə təşkil edə bilər və hansı ki, o bunları təsdiq də edə bilər. Mühasib həmçinin deyə bilər ki, müəyyən məbləğ qarşılığında həmin “yaxşı şəxs” yoxlamanı ertələyə bilər. Müəssisə rəhbərinin bu təklifi faydalı hesab edib, müəyyən məbləğdən keçməklə buna razılaşacağı ehtimalı çox yüksəkdir, amma o, özünə hesabat belə vermir ki, heç bir yoxlama planlaşdırılmır və bütün bunları mühasib özünün faydalanması üçün uydurub.

Mühasib bu zaman vergilərlə bütün problemləri qanunvericiliyin təkmil olmaması, müfəttişlik əməkdaşlarının bəhanə tapmaları və hər şeylə maraqlanmaları üzərinə yıxa bilər. Əgər direktor vergi məsələlərindən elə də yaxşı baş çıxarmırsa və təcrübəsi azdırsa, ona bu “problemi” yoluna qoymaq üçün mühasibə müəyyən miqdar pul verməsi, daha sadə görünə bilər. Planlı vergi yoxlanışı zamanı isə mühasib direktora yoxlamanın uğurlu başa çatdırılması üçün zəmanət kimi yoxlayanlara müvafiq miqdarda pul verilməsini təklif edə bilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasib həmçinin direktora onu da işarə edə bilər ki, prinsipcə vergidən gələnlərlə ünsiyyət qurmaqdan ötrü hər ay “vergidəki adamına” zərfdə pul da göndərmək olar. Vergilərdə belə bir adamın olması da istisna deyil və həmin pulların bir hissəsi, məhz, ona da çatdırıla bilər.  Amma, problemlər yaranarkən, həmin şəxs həqiqətənmi real olaraq kömək edə biləcəkmi? Çox güman ki, yox – o, sadəcə deyəcək ki, “bağışlayın, yoxlamanı başqa şöbənin əməkdaşları həyata keçirəcək və mən heç nə ilə kömək edə bilməyəcəyəm”. Buna baxmayaraq, külli miqdarda pul isə mühasibin cibində qalacaq.

O səbəbdən, belə bir “kömək” təklif edən mühasibin sözlərinə tənqidi yanaşmaq lazımdır, məsələn, vergilərdəki həmin şəxsin kimliyi və hansı vəzifə tutması, neçə il iş stajının olması, müəssisənin problemlərinə həmin şəxsin real olaraq necə kömək edə biləcəyi maraqlanmaq lazımdır.

Onu da nəzərə almaq lazımdır ki, mühasib vergilərdən olan həmkarı ilə birlikdə müəssisədə “qəfil yoxlama” da həyata keçirə bilər. Bu zaman mümkün ola bilər ki, müəssisədə hansısa qeyri-qanuni əməliyyat həyata keçirilir (məsələn, zəruri sənədləşdirmə həyata keçirilmədən mal qəbul edilərkən). Bu yoxlama prosesinin əsas məqsədi pul əldə etməkdən ibarət olur. Öz mühasibinin qurbanı olmasından şübhələnməyən direktor iri miqdarda cərimə ödəməsin deyə, müəyyən məbləğ rüşvət verməyə razılaşır.

Amma, bu aldadılmanın üstünü açmaq çox asandır.  Hər şeydən əvvəl düşünmək lazımdır ki, əgər yoxlama bu cür qəfil gəlibsə, deməli, içəridən xəbər ötürən var, yəni, öyrənmək lazımdır ki, bunu etməkdə hansı əməkdaş maraqlı ola bilər? Ardınca da yoxlamaya gələn şəxslərdən vergi müfəttişliyinin vəsiqələrini göstərməyi xahiş edin, eləcə də yoxlamanın həyata keçirilməsinə icazə verən qərarı göstərməyi tələb edin. Çünki həmin bildirşdə yoxlamanın keçiriləcəyi tarix, yer və yoxlamanı həyata keçirəcək əməkdaşların rekvizitləri olmalıdır. Əgər, məsələn, berlə bir qərar yoxdursa və ya onun tərtib olunmasında qeyri-dəqiqliklər varsa, əmin olun ki, qarşınızdakılar müfəttiş –  “qulyabanılardır”.

15-ci sxemi bu linkə daxil olaraq oxuya bilərsiniz


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email