» » » Mühasib fırıldaqları (5-ci sxem)

Mühasib fırıldaqları (5-ci sxem)

 

Mühasibat – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan əl çəkmirlər. Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının “nəbzini öz əllərində” məhz, mühasiblər tuturlar.

Bu bölmədə biz mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

5-ci sxem
Dəftərxana ləvazimatları və texniki cihazların alınması zamanı saxtakarlıq

İri şirkətlərdə kağız, dəftərxana ləvazimatları və digər ofis ləvazimatlarının satın alınması müntəzəm olaraq – adətən ayda və ya rübdə bir dəfə həyata keçirilir və bu zaman heç də az olmayan bir məbləğ sərf edilir. Belə ki, bu növ məhsullar növünün tədarükçüləri çox olduğundan, bir çox vaxtlarda təklif edilən çeşidlər və qiymətlər deyil,  satıcılardan hansının baş mühasiblə “razılığa” gəlməsi daha böyük rol oynayır.

İqtisadiyyatın bütün sahələrində yayılmış yayındırmalar burada da işləyir. Yayındırma – bu rüşvətdir, həmin rüşvəti müəssisənin vəzifəli şəxsinə verirlər ki, o həmin müəssisənin vəsaitlərini məsrəf etmək üçün qərar versin.

Rüşvətin miqdarı sövdələşmənin dəyərindən asılı olur. Misal üçün, əgər şirkət ay ərzində orta hesabla ofis ləvazimatlarına 150 dollar pul sərf edirsə, bunun təxminən 15 dolları mühasibin cibinə gedir. Gəliri əldən vermək istəməyən tədarükçü çox vaxt qiymətləri yüksəldir ki, buradan əldə edilən məbləğdən mühasibə rüşvət vermək üçün vəsait əldə etsin.

Buradan belə çıxır ki, müəssisə dəftərxana ləvazimatları almaqla, özü mütəmadi şəkildə mühasibə rüşvət ödəyir. Məhz, bu səbəbdən  tədarüklə məşğul olan mühasibin bu işləri necə yerinə yetirdiyini, xüsusi ilə də böyük sifarişlər zamanı təyin edilən qiymətləri yoxlamaq yerinə düşərdi.

Mümkündür ki, yaxın vatlarda baş mühasib müəssisədəki kompüterlərin köhnəlməsindən və onlarda işləməyin səmərəsizliyindən şikayətlənsin. Məsələn, o, deyə bilər ki, bu cür monitorlardan artıq heç yerdə istifadə olunmur, gözləri ağrıdır, printer, klaviatura və mışkalar ümumiyyətlə yaramır və s.

Eyni zamanda mühasib həm də söyləyə bilər ki, mühasibatlıqda istifadə edilən proqram təminatları müasir tələblərə cavab vermir, yeni proqram təminatları almaq olardı, amma kompüterlərin xüsusiyyətləri buna imkan vermir və s. Bir sözlə, mühasibatlıqdakı kompüterlərin dəyişdirilməsindən yan keçmək olmaz.

Belə bir vəziyyətdə hökmən bunları araşdırmaq lazımdır. Ola bilsin ki, mühasibiniz haqlıdır – əgər, mühasibatlıqdakı kompüterləriniz altı-yeddi ildir ki, istismar olunur. Yox, əgər kompüter parkı cəmi üç il əvvəl yenilənibsə, bəs onda necə? Belədə mühasibin sözləri ətrafında düşünməyə dəyər. Bəlkə kompüterlərin yenilənməsi arzusu mühasibinizdə bu texnika ilə ticarət edən şirkət nümayəndələri ilə söhbətdən sonra baş qaldırıb? Mümkündür ki, sizin mühasibinizi onlar buna rüşvət təklif etməklə təhrik ediblər.

Beləliklə, mühasibatlıqdakı kompüterlərin yenilənməsi vacibdirmi? Bunu aydınlaşdırmaq çox asandır. Bundan ötrü, mühasibatlıqdakı kompüterlərin texniki xüsusiyyətlərini dəqiqləşdirmək lazımdır. Bundan əlavə, sizin müəssisəyə bənzər şirkətlərin rəhbərliyi ilə əlaqə saxlayıb, onların mühasibatlığında olan kompüterlərin xarakteristikası ilə maraqlanmaq olar.

Eyni zamanda, sizin müəssisəyə xidmətə və proqram təminatına görə məsuliyyət daşıyan şirkətlə də əlaqə saxlayıb, kompüterlərinizin yeni mühasibat proqramları ilə işləyə bilmək qabiliyyətini araşdırmaq mümkündür.

Bütün bunları araşdırdıqdan sonra, siz doğru qərar verə bilərsiniz. Ola bilsin ki, mühasibinizin sözündə rasional toxumlar da var, onun bu tələbi zərurətdən irəli gəlir. Əks situasiya da mümkündür, belədə isə siz kompüter parkını deyil, yalnız klaviaturaları və mışkaları dəyişdirməklə hər şeyi yoluna qoya bilərsiniz.

Məqalənin 4-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Digər məqalələrimizi bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *